2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İsrailin İordan çayının qərb sahilində xəstəxanaya basqını

class=”mediyanet-inline-adv”>

Həkim və tibb bacısı qiyafəsində olan İsrail xüsusi təyinatlıları işğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın edərək 3 fələstinlini qətlə yetirib. Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqının görüntüləri xəstəxananın təhlükəsizlik kamerası qeydləri vasitəsilə üzə çıxıb. Görüntülərdə qadın paltarı geyinmiş, əllərində əlil arabası və uşaq çantaları daşıyan, həkim və tibb bacısı qiyafəsində olan İsrail komandolarının əllərində silahla dəhlizlərdə dolaşdıqları görünür.

Səsboğucu QURAŞDILAR

Saytların yığılması Saytlarin yigilmasi

Əməliyyatın ordu, daxili kəşfiyyat agentliyi Şin Bet və antiterror polisi tərəfindən birgə həyata keçirildiyi açıqlanıb. Səhər basqını zamanı silahlarında səsboğucu olan komandolar yataqlarında 3 fələstinlini öldürdükdən sonra xəstəxananı tərk ediblər. İsrail ordusunun bəyanatında öldürülənlərdən birinin “son vaxtlar əhəmiyyətli terror fəaliyyətlərində iştirak etdiyi və xəstəxanada gizləndiyi” bildirilib. Bəyanatda biri Cenin batalyonunun, digərinin isə İslami Cihadın üzvü olan iki qardaşın öldürüldüyü də bildirilir. HƏMAS təsdiqləyib ki, üç nəfərdən biri öz üzvləri, digərləri isə Fələstin döyüşçüləridir.

class=”mediyanet-inline-adv”>

XƏSTƏXANALAR MÜHARƏSƏ ALTINDADIR

Qəzza zolağında səhiyyə ocaqları da İsrail ordusunun mühasirəsindədir. BMT-nin humanitar yardım agentliyi OCHA, cənubda Xan Yunisdəki xəstəxanalar ətrafında şiddətli toqquşmaların davam etdiyini bildirdi.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin günlərdir mühasirədə olan Əl Amal xəstəxanasına basqın edərək atəş açdığını açıqlayıb. Bildirilib ki, xəstəxanaya sığınan insanlar təxliyyə olunsunlar.

İsrail ordusu tərəfindən mühasirəyə alınan Xan Yunusda ən böyük tibb kompleksi olan Əl Nasser Xəstəxanasında 150 tibb işçisi, 450 yaralı və 3000 fələstinli olduğu, yanacaq və qida çatışmazlığının olduğu bildirilib.

HƏMAS: DAİMİ atəşkəs İSTƏYİRİK

Fransanın paytaxtı Parisdə İsrail, Misir, Qətər və ABŞ rəsmilərinin qatıldığı girov mübadiləsi danışıqlarında “6 həftəlik atəşkəs planı layihəsi ilə bağlı razılıq əldə edildiyi” bildirilib. HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə layihəni müzakirə etmək üçün Misirə dəvət olunduqlarını bildirərək, “İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasına” əsaslanan razılaşmanın əldə olunmasını istədiklərini qeyd edib. Digər tərəfdən İsrailin baş naziri Benyamin Netanyahu əsirlərin azad edilməsi qarşılığında İsrail əsgərlərinin Qəzzadan çıxarılmasını ehtiva edən razılaşmanı qəbul etməyəcəyini bildirib.

2024-01-31 05:34:14

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button