2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İsrailin İranın hərbi obyektlərini dronlarla vuruduğu iddia olunur

Yayımlandı: 29 Yanvar 2023 16:28

Xoyda 5.6 bal gücündə zəlzələ baş verib

Yanvarın 28-dən 29-a keçən gecə İran İslam Respublikasının hərbi obyektlərində partlayışlar olub.

Saytların yığılması Saytlarin yigilmasi

Tehran rəsmiləri İsfahandakı hərbi zavodun iki pilotsuz aparatla vurulmasını etiraf edib.

İslam Respublikasının Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə bölmələri İsfahan şəhərinin mərkəzindəki hərbi emalatxanaya pilotsuz təyyarənin hücumunu dəf ediblər.

Nazirlik emalatxana komplekslərindən birinin Mikro Hava Vasitələri (MAV) tərəfindən hücuma məruz qaldığını, lakin kompleksin hava hücumundan müdafiə vasitələrinin hücumu uğurla dəf etdiyini qeyd edib.

“MAV-lərdən biri kompleksin hava hücumundan müdafiə atəşi nəticəsində vurulub, digər ikisi isə onun müdafiə tələlərinə düşərək partlayıb”, – deyə məlumatda qeyd olunub.

Nazirlik insan itkisi olmadığını, yalnız binanın damına cüzi ziyan dəydiyini vurğulayıb.

Müstəqil mənbələr isə Tehran, İsfahan, Azərşəhr, Təbriz və digər şəhərlərdə ən azı 5 hərbi obyektin partladıldığı xəbərini yayıblar.

İrandakı yerli mənbələr pilotsuz təyyarələrin hücumları, hərbi obyektlərdə baş verən partlayışlar və yanğınların videogörüntülərini internetdə yerləşdiriblər.

“Əl-Ərəbiyyə” telekanalı hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirib.

İsrail hakimiyyəti isə bu xəbərləri şərh etmir.

Eyni zamanda, İranın şimalında 5.9 bal gücündə zəlzələ baş verib. 

Zəlzələnin episentri Xoy şəhəri olub, nəticədə 500-dən çox ev dağılıb.

İlkin məlumatlara görə, 3 nəfər ölüb, 800 nəfərdən çox yaralı var.

Zəlzələ Azərbaycanın Naxçıvan bölgəsində də hiss olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button