Now Reading:
İsrailin müdafiə naziri “erməni soyqırımı” və…

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”.

“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib.

Müxalifətdə olan “Yeş Atid” Partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirən nazir vurğulayıb ki, mübahisəli, nəzəri və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur: “Bunun İsrailin hazırkı mövqeyinə konkret olaraq təsir göstərəcəyinə inanmıram. Tarix baxımından da bu məsələdə çoxlu mübahisəli məqamlar mövcuddur”.

A.Liberman İsrailin “erməni soyqırımı”nı tanınmamasını ölkəsinin Azərbaycanla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirib: “İsrail üçün Azərbaycanla münasibətlər çox vacibdir. Məsələni yüz dəfə müzakirə etmək lazımdır”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.