2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsrailin Rəfah əməliyyatı pislənir, amma ABŞ-a görə, “qırmızı xətt keçilməyib”

Bazar günündən bəri İsrail hücumları nəticəsində azı 66 fələstinli həyatını itirib.

Sosial mediada “All eyes on Rafah” (“Bütün gözlər Rəfahdadır”) adlı Rəfaha dəstək fotosu 37 milyon dəfə paylaşılıb, Sky News çərşənbə günü səhər yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Digər ölkə liderləri də İsrarili Rəfah-da əməliyyatı dayandırmağa və dinc insanların təhlükəsizliyini təmin etməyə çağırıb.

Ağ Evin sözçüsü John Kirby bildirib ki, ABŞ İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərini genişmiqyaslı işğal etməyə başladığına inanmır.

Jurnalistlərə danışan cənab Kirby yayılan görüntüləri “ürək parçalayan” və “dəhşətli” adlandırıb.

ABŞ Prezidenti Joe Biden bu ay demişdi ki, əgər İsrail yüz minlərlə mülki şəxsin hələ də sığındığı güman edilən “Rəfahın mərkəzlərinə” girərsə, ona silah tədarükünü məhdudlaşdıracaq.

Mayın 27-dən 28-nə keçən gecə döyüşlərin intensivləşdiyi, Rəfahın qərb hissəsinin ağır bombardman və artilleriya atəşi altında qaldığı bildirilib.

Bu, mayın əvvəlində hərbi əməliyyatın başlanmasından bəri ən ağır döyüş olub.

Şahidlərin sözlərinə görə, İsrail tankları Fələstin-Misir sərhədinə baxan, ən hündür təpə sayılan strateji əhəmiyyətli Zorub təpəsini nəzarətə götürüb.

Şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, bir neçə İsrail tankı çərşənbə axşamı Rəfahın mərkəzinə çatıb.

Onların sözlərinə görə, Əl-Avda məscidi yaxınlığında tanklar görünüb.

İsrail hərbçiləri bu xəbərləri dərhal şərh etməyib, daha sonra Rəfah əməliyyatı ilə bağlı açıqlama verəcəyini vəd ediblər.

Hava hücumları yüzlərlə ailəni yaxınlıqdakı xəstəxanaya qaçmağa məcbur edib və xilasedicilər partlayış yerinə çatmaqda çətinlik çəkib.

Həmas-ın idarə etdiyi səhiyyə nazirliyi mayın 28-də günortadan sonra Rafahın qərbində məcburi köçkünlərin düşərgəsinə endirilən zərbələr nəticəsində ümumilikdə 21 nəfərin öldüyünü və 64 nəfərin yaralandığını bildirib.

Bazar günü İsrail Həmas yaraqlılarının ölkənin mərkəzi hissəsinə etdiyi raket hücumlarına cavab olaraq, Rəfahdakı qaçqın düşərgəsinə zərbələr endirib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button