Siyasət

İsrailin və İngiltərənin Azərbaycandakı səfirləri Anım Günündə şəhidləri yad ediblər

Bakı/27.09.21 İsrailin Azərbaycandakı səfirliyi İkinci Qarabağ müharibəsində həyatını itirənlərın xatirəsini bir dəqiqəlik sükutla yad edib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyi “Twitter”də məlumat yayıb.

“Bu gün, Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq”, deyə səfirlikdən bildirilib.

Öz növbəsində, Britaniyanın Azərbaycandakı səfiri Anım Günü ilə bağlı qeyd paylaşıb: “27 sentyabr – Anım Günü, keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm”. -16D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button