2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İsraillə İranın Bakıdakı səfirlərinin “tvit atışması”: kim hansı mesajı verir?

“Bu iki xalq əmioğludur, fərq odur ki, yəhudilər şalom, ərəblər salam deyirlər”

İsrailin Azərbaycandakı səfiri Corc Dikinin “Twitter”də “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı atdığı tvit müzakirələrə səbəb olub.

Səfir kitabı əlində tutaraq foto paylaşıb və yazıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən bu günlərdə Azərbaycanın qədim tarixi haqqında və Təbrizin mədəniyyəti barədə oxuyuram. Bu gözəl kitabı təzə kəşf etdim. Bəs siz nə oxuyursunuz?”

İranın Azərbaycandakı səfiri Abbas Musəvinin Təbrizlə bağlı bu tvitə cavabı gecikməyib.

Musəvi bu foto və tvitə görə həmkarını hədələyib:

“Bu macəraçı oğlana məlumat üçün: Bizim sevimli Təbriz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Heç vaxt qırmızı xəttimizi keçməyin!”.

İki diplomatın “tvit atışması” sosial şəbəkələrin Azərbaycan seqmentində qarşılıqlı ittihamlara səbəb olub.

Mənbə: Twitter

Jurnalist Kənan Rövşənoğlu isə səfirlərin “söz atışması”nı və onlara reaksiyaları təəccüblə qarşılayıb.

“İsrail səfirinin “Təbrizin sehrli nağılları” kitabı oxumasına sevinib paylaşanlara və eyni zamanda, İran səfirinin ona hədə dolu cavabını paylaşıb sevinənlərə təəccüb edirəm”, – deyə jurnalist “Facebook”da yazıb.

Jurnalistin fikrincə, iki ölkə illərdir ki, Yaxın Şərqin müxtəlif ölkələrində, hətta Latın Amerikası ölkələrində, Afrikada bir-biri ilə savaşır: “İndi göz qabağında bu “gözəgörünməz müharibəni” bizim ölkəyə daşıyırlar və Azərbaycan vətəndaşları buna sevinir, əl çalır”.

“Bağışlayın, amma dünyanın heç bir ölkəsində bu düşüncədə olan cəmiyyət yoxdur”, – deyə Rövşənoğlu fikrini tamamlayıb.

Kənan Rövşənoğlu
Mənbə: Meydan TV

Siyasi şərhçi Zərdüşt Əlizadə isə bir qədər fərqli düşünür. O deyir ki, səfirlərin yazdıqları Azərbaycana mənfi mənada təsir göstərməyəcək.

O, Meydan TV-yə deyib ki, səfirlər dövlətlərinin təmsilçiləridir, qərar qəbul edən şəxslər deyil:

“Onlar çalışdıqları dövlətdə məlumat toplayıb ölkələrinə göndərirlər”.

Zərdüşt Əlizadənin qənaətincə, sosial şəbəkələrin Azərbaycan seqmenti o qədər əhəmiyyətsiz məsələlərlə maraqlanır ki, bu, müəyyən qədər heyrət doğurur:

“Məsələ ondadır ki, azərbaycanlıların siyasi şüur səviyyəsini yaxşı bildiyimdən bir o qədər təəccüblənmirəm, olanımız budur. Əslində, səfirin nağıl oxuması təqdirəlayiqdir, bu, onun saf, uşaq qəlbli olduğunun göstəricisidir. Əlbəttə, diplomat Təbrizin İran İslam Cümhuriyyətinin böyük şəhərlərindən biri və iki ostanından birinin paytaxtı olduğunu yaxşı bilir. Bəlkə, bu, İran dövlətinə ehtiram əlamətidir. Yəni görürsünüz, mən İran İslam Cümhuriyyətinin böyük şəhərlərindən birinin sehrli nağıllarını oxuyuram, belə də yozmaq olar”.

O, hər iki dövlətin bir-birinə düşmən münasibətdə olduğunu xatırladaraq əlavə edib ki, səfir Abbas Musəvinin yazdıqları da həmin düşmənçiliyin əlamətidir.

“Tehran İsrailin müsəlman torpağında yaranan dövlət olduğunu və buna görə milyonlarla fələstinlinin yurdundan didərgin düşdüyünü bəyan edir. Mən bunu yanlış hesab edirəm, çünki keçənə güzəşt deyərlər. Fakt ondan ibarətdir ki, yəhudi xalqı İsrail dövlətində yaşayır və dünya da onları tanıyır. Bütün dünyayla da müharibə aparmaq lazım deyil, yəhudi dövlətinin İsraildə yaşamasıyla barışıb ədavətə son qoyulmalıdır”.

Siyasi şərhçi Zərdüşt Əlizadə
Mənbə: AFU

“Ancaq bir tərəfdən də İsrail dövləti İran İslam Cümhuriyyətini çökdürməklə məşğuldur və bu gedişatda Amerikanı İrana qarşı yönəldir. Hətta kəşfiyyatı vasitəsilə İranın gökəmli alimlərini qətlə yetirir, bu da İsrailin əlindən gəlir. Ona görə İsrailin səfiri hansısa bir şəkil yayanda, yaxud status yazanda, insanlar bunu düşmənçiliyin əlaməti sayırlar”, – siyasi şərhçi belə deyib.

Z.Əlizadə hər iki dövlətin mövqeyində yanlışlıq olduğunu deyir:

“Ən düzgün o olardı ki, ərəblər və yəhudilər vahid, demokratik dövlətdə yaşasınlar. İsrail dövlətində belə düşünən yəhudilər və ərəblər var, onlar əməkdaşlıq körpüləri qurublar. Bu iki xalq əmioğludur, fərq odur ki, yəhudilər şalom, ərəblər salam deyirlər”.

Münasibətlər nə zaman pisləşdi: qısa xronika

İran-İsrail münasibətlərinin soyuqlaşması Məhəmməd Rza Şah Pəhləvi dövründən başlayıb.

Şah İsrailin regionda güclənməsini narahatlıqla qarşılayıb.

İran BMT-nin qəbul etdiyi 242 nömrəli qətnamənin İsrailə münasibətdə tətbiqini istəyib. Bu qətnaməyə görə, heç kim hərbi yolla ələ keçirilmiş torpaqlar özünə birləşdirilə bilməzdi və bu, İran üçün ərəb və Sovetlərdən gələn təhlükədən bir növ sığorta sayılıb.

Məhz buna görə də BMT-də məsələ qaldırılanda İran tələb edib ki, İsrail Qəzzadan və İordan çayının qərb sahilindən çıxsın.

1975-ci ildə İranın BMT-də 3379 saylı qətnamənin qəbuluna səs verməsi İsrailin etirazına səbəb olub.

Qətnaməyə görə, sionizm irqçilik ideologiyası kimi qəbul edilib.

İslam inqilabından sonra isə münasibətlər daha da pisləşib. İsraillə rəsmi olaraq bütün münasibətlər kəsilib.

İsrail səfirliyinin yerləşdiyi binaya basqın olub.

Ardınca həmin bina Fələstin Azadlıq Təşkilatına verilib, səfirliyin yerləşdiyi küçənin adı dəyişdirilərək Yasir Ərəfat qoyulub.

1979-cu ilin 17 avqustunda İranda “Fələstindəki müsəlmanların hüquqları üçün həmrəylik” məqsədi ilə “Qüds günü” elan olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button