2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsrailli jurnalist-yazar :”Azərbaycan-İsrail münasibətlərinin İranı narahat etməsi təbiidir”

 

“Yazmaqdan  vaz  keçməməliyik”

Turan: Orta  Şərq  və  Qafqaz  bölgələrini   çox  yaxından izləyən   bir  analitik kimi son günlərdəki  prosesləri   necə  qiyçətləndirirsiniz? Birləşmiş  Ərəb Əmirlikləri ilə Türkiyə   arasındakı  münasibətllərin yaxşılaşmasını   nəyə bağlayırsınız: gözlənilirdi, yoxsa  Türkiyənin maddi  problemləri  bu  məcburiyyəti   yaratdı?

Saytların yığılması Saytlarin yigilmasi

Sadi: Şübhəsiz,Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin    yaxınlaşmasında  İsrailin   oyun qurmasını   görməzdən   gəlmək  səhv olardı.İbrahimi    sazişlər   nəticəsində  körfəz və  bir   çox     müsəlman   ölkəsinin   İsrail   ilə  yaxşı münasibətlərdə   olmağın  pis  münasibətlərdə  olmaqdan   daha sərfəli   olduğunu   gördülər   və  buna  inandılar. Siyasətin   PUL  ilə birbaşa  münasibəti  olduğunu   həmişə   demişəm. Neft   erası  son illərini   yaşadığına  görə avtomobil  sənayesi  də artıq  batareyalı   maşınlara  keçməkdədir.Ərəblərin öz sərvətlərini   artırmaları   üçün  güclü  texnologiya  ölkəsi   halına    gəlmiş  İsrail  ilə  əməkdaşlıqdan   başqa  yollarının olmadığını    başa   düşmələri  üçün   illər  keçsə də nəticədə    iqtisadın    tələb   etdiyi  yoa girdilər.Birləşmiş Ərəb  Əmirlikləri ,İsrailin ən böyük  texnika  şirkətlərindən   biri  olan ELBİT   RAFAEL  QRUPU  ilə  (təəssüf ki,buradakı   RAFAEL  mən deyiləm) şərikli  bir  şirkət yaratdı və İsrailin istehsal    etdiyi mallar   təkcə BƏƏ   tərəfindən İsrail  ilə yaxın münasibətlər  içində   olmayan   ölkələrə    də   satıla   biləcək.Təbii   ki  İsrailin   icazə    verəcəyi  qədər.Məsələn,İsrail   ilə  Türkiyə  arasında   hərbi   sursat   satışı  2011-ci  ildə  hörmətli   Ahmet  Davutoğlunun tək  tərəfli  qərarı   ilə  qadağan edilmişdir.İsrail  də  eyni  məzmunlu   qərar    qəbul   edib.İndi   isə  adını   çəkdiyim  şirkət  vasitəsiylə  İsrail malları   Türkiyəyə  də   satıla   biləcək.Bu   müddətdə  Türkiyə   ilə  İsrail   arsındakı   münasibətlər   yaxşılaşıb  əvvəlki   səviyyəsinə   qayıtsa  aradakı    vasitəçiyə  də  ehtiyac qalmaya    bilər. Bu, bir  az    vaxt   alacaq  və  keçmişdəki  etimad  atmosferinin yenidən   yaranması   üçün   vaxta   ehtiyac   olacaqdır.

Uzun sözün qısası- Birləşmiş  Ərəb  Əmirlikləri ilə  Türkiyə   və hətta  yaxın gələcəkdə   Səudiyyə     Ərəbistanı   və hətta  Misir  ilə    münasibətlərin  normallaşmasında  İsrailin  oyun quruculuq    rolunu   görməmək   səhv   olardı.

Turan: Başda  Səudiyyə  Ərəbistanı  və Birləşmiş   Ərəb   Əmirlikləri   olmaqla  İsrailin bu ölkələrlə   müsbət  münasibətləri  nəzərə   alınanda  yeni  prîseslər   Türkiyə-İsrail  münasibətlərində    də   qapının yenidən aralanmasına  səbəb  ola   bilərmi? 

Sadi: İlk   sualnıza  verdiyim  cavabda  bunu   təfərrüatlı   şəkildə   izah  etdim. Türkiyənin,BƏƏ,Səudiyyə Ərəbistanı  və hətta    Misir  ilə   münasibətlərinin yaxşılaşmasında,əlbəttə  ki,İsrailin  də  öz    mənafeyi  var.Hörmətli   Erdoğanın Kısıklıdakı  evinin   şəklini   çəkən  naşı  MOSSAD  agentlərinin həbs  edilməsi   və   sonra buraxılmalarında  necə al-verlər  oldu, kim  hansı  öhdəlikləri  götürdü?  Bunları   bilməsək  də belə  gözəl  şeylərin olmasına  görə   hər   iki  “Allah  bazar versin” –  demək   lazımdır.

Turan:  Qafqaz bölgəsində   İsrailin  ən    yaxın müttəfiqi  Azərbaycandır, bu, bir  çox   sahədə   özünü   göstərir. Sizcə, münasibətlərin   bu  günkü   vəziyyəti  qane  edici  deyilsə, hansı   yollardan   inkişşaf  etdirilə   bilər? 

Sadi: Yaxşı  münasibətlərin sərhədi  yoxdur. Heç  bir  münasibət  üçün  “Bu  qədər   kifayətdir” – deməmək   lazımdır. Səhv  etmirəmsə,Azərbaycanın  İsraildə   yaşayan 150  min səfiri  var. Azərbaycan  mənşəli  yəhudi Azərbaycanın   səfiri  sayılır.Və  bunların  İsraildəki  Türkiyəlilər  Birliyi  ilə   yaxın münasibəti  var. Müntəzəm   görüşdüyümüz   kimi Xocalı   qətliamı  günündə  tədbirlər   keçiririk.Təbii  ki,,iki  ölkə  arasındakıı  münasibətləri  əvvəlcə  qarşılıqlı  şəkildə  səfirliklər  açaraq daha  gücləndirmək, daha  sonra  isə ticarət, turizmm, mədəniyyət  sahələrində   daha  da  inkişaf  etdirmək   lazımdır. Eurovision  müsabiqəsində   İsraili  Azərbaycan  mənşəli   qızın   təmsil  etməsi çox  sevindirici  hadisə  idi.Münasibətlərin  inkişaf  etdirilməsi  lazımdır, dayanmaq  olmaz.

Turan: İsrail-Azərbaycan münasibətlərinin   inkişafından  ən çox   narahatlıq  hiss  edən  ölkə   İsran İslam  Cümhuriyyətidir. ECO-nun  Aşqabadda  keçirilən axırıncı  zirvə iclasında  da  bunu  bir  daha  gördük. İranı  narahat  edən  cəhətlər  hansılardır, narahatlığa  səbəb   olan durumlar  həqiqətən  varmı? 

Sadi: İran  ilə   İsrail  bir-birindən  uzaq  məsafədədir.Eyni  şəkildə İsrail  də İrandan uzaqda   yerləşir.İsrailin  Azərbaycan   ilə   dostluğu  gələcəkdə  İsrailin İran sərhədinə yaxınlaşması   mənasını  daşıyır. İsrail   hərbi  təyyarələrinin  Azərbaycandan  havaya   qalxaraq  İranı   vurma  ehtimalı  Tehran  rejimini   narahat  etməkdədir. Amma İranın  Livana  yerləşməsi,oraya   hərbi   sursat  və  ballistik  raketlər  gətirməsi  də  İsraili  narahat  etməkdəvə ona  görə   öz təyyarələriylə  o  ambarları   səhər-axşam  bombalayıb   yerlə   bir  etməkdədir. İsrail    heç  vaxt “Bunu  biz  etdik” –  deməsə  də  kimin etdiyi  məlumdur. Bu  hücumların  qabağında  İran  heç  nə edə  bilmir, çünki  müharibəyə   girmək   İrana  da  sərf  etmir. Belə   bir  müharibənin  məsrəfi  həddindən  artıq     çox  olar. İran  dünyanın ən böyük  terrorçu  dövlətlərindən biri  olmaqla yanaşı,eyni  zamanda  əhali  ticarəti  və  maddi  haqq-hesabı    yaxşı  bilirlər(yəhudilərdən sonra).Hal-hazırda  onlar  ucuz müharibə aparırlar,mərd-mərdanə  savaşmaq  yerinə  vurub  qaçmağa  çalışırlar.İsrail  isə  bunu  ən yaxşı  öyrənmiş   dövlətlərdən  biridir.İsrail  dövləti  həm   vurub  geri  çəkilməyi  həm də  lazım gələndə   birbaşa müharibəyə  girməyi  bilən dövlətdir. İranlılar  bunun fərqindədir. Yəni, İranın   narahat    olmağa əsası  var, haqlıdırlar  və  bu   narahatlığın davam  etməsi  hamımız   üçün yaxşıdır. 

Turan: Ümumi  şəkildə  baxanda  Orta  Şərq  və Qafqazın müsəlman ölkələrində medianın  vəziyyəti  onsuz  da yaxşı  olmadığı   kimi  mənzərə  getdikcə   daha  da  qaranlıqlaşır. Məsələn, media  azadlığı  sahəsində  183  ölkə  arasında   Azərbaycanın  168-ci  yerdə  olduğu    göstərilir.Təcrübəli  jurnalist-yazar  kimi bu  mənzərə  ilə  bağlı nədemək istərdiniz?  

Sadi: Azərbaycan  mediasını   yaxından izləyə   bilməmişəm-bu  həqiqəti  deməyim lazımdır, vəziyyətdən də tam xəbərdar   deyiiləm.Ancaq    dünya  sıralamasından belə  bir  yerdə  olmaq  heç  də    xoş     deyil. Daha  yaxşı   yerlərdə  olmasını   arzulayıram.Uzaqddan  baxanda  Azərbaycanakl    mənzərə Türkiyədəki  mənzərəyə    çox  bənzəyir. Çünki  hər ikisi  tək   adam tərəfindən idarə  edilməkdədir. Demokratiya  adı   altında  sanki  hər  iki   ölkədə    də   demokratik  olmayan  vəziyyət    var. Qanunlarda   `demokratiya`   sözü   var, ona  görə   gələcək üçün  ümidi   itirməmək  lazımdır.Hörmətli  Erdoğan  və  hörmətli  Əliyev o  kreslolarda  demokratiyanın sayəsində  otururlarsa, demək,demokratiyaya    ehtiyacları  var. Bir  gün  Azərbaycan mediasının da  azad  olacağına  inanıram, təki  yazmağı   bacaranlar   bu  işdən vaz  keçməsinlər. Yazarkən və tənqid  edərkən   heç    kimi  təhqir    etməmək lazımdır. Çünki  dillərimizdə    təhqir  etmədən    yazmaq  üçün  kifayət qədər söz var.

Mayis Əlizadə

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button