2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSosial

İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi – 190 manatı almaq üçün şəkilli TƏLİMAT

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

“24 saat” bildirir ki, ƏƏSMN-in istifadəyə verdiyi e-sosial.az saytında daha əvvəl tətbiq edilən qeydiyyat üsulu dəyişdirilib.

Məlumat üçün bildiririk ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az (https://e-sosial.az/#) portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

GOY FON

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Həmin təlimatlar aşağıda göstərilən ardıcıllıqla aparılmalıdır.

  1. Açılan pəncərədə FİN kod yazılır
  2. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi daxil edilir (“AZE” və ya “AA” hissəsinin yazılması vacibdir!)
  3. Daha sonra “YOXLA” düyməsi basılır. (ŞƏKİL 1)
ŞƏKİL 1

Bundan sonra “ad”, “soyad” və “ata adı” üçün tərtib edilən xanalar sistem tərəfindən doldurulur. Yəni bu xanalar vətəndaş tərəfindən yazılaraq DOLDURULMUR! (ŞƏKİL 2)

ŞƏKİL 2

Daha sonra müvafiq olaraq yaşadığınız şəhəri, faktiki yaşadığınız ünvanı, e-mailinizi və telefon nömrənizi yazmalısınız.(ŞƏKİL 3)

ŞƏKİL 3

Daha sonra “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər” xanasını seçməlisiniz (ŞƏKİL 4 və ŞƏKİL 5)

ŞƏKİL 4
ŞƏKİL 5

Bundan sonrakı mərkələdəd “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçilməlidir. (ŞƏKİL 6 və ŞƏKİL 7)

ŞƏKİL 6
ŞƏKİL 7

Bu mərhələləri uğurla tamamladıqdan sonra “Müraciətin növü” bölməsindən “Ərizə” xanası sekilməlidir. (ŞƏKİL 8)

ŞƏKİL 8

Daha sonra təhlükəsizlik mərhələsini keçmək üçün SƏKİL 9-da göstərilənlərə əməl etməlisiniz.

ŞƏKİL 9

Yuxarıda qeyd olunan mərhələləri uğurla tamamladıqdan sonra “GÖNDƏR” düyməsinə basmaqla müraciətinizi ƏƏSMN-ın bazasına yollamış olacaqsınız. Təbii ki, siz bu formanı dolduranadək nazirliyin təqdim etdiyi sayt fəaliyyətini dayandırmasa…

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

7 şərh

  1. Men ehmedov azad 04.09.2019 çu ilden sumqayıt meşquluq merkezinde qeydiyyatdaym işsiz kimi amma men 190 manatı ala bilmirem yeniden qeydiyata duşmek istedim alınmadı 142 caqrı merkezine zeng etdim orada zeg catmadı sumqayıt meşqulluq merkezine zeng edirem aperato deyir müşquldu bu da meşlluq merkezinin bir fırıldaqıdır 0186420257 yoxlaya bilersiz.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button