2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“İşsizlik üçün onlayn müraciətin dərhal qapadılması doğru yanaşma deyil” – Nazirliyin qərarına ETİRAZ

“Xüsusilə, e-xidmətlərin keyfiyyəti və əlçatımlıq, inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq edilmir”.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədbirlər planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə nəzərdə tutulub.

Qərara əsasən, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılıb. Belə ki, işsiz vətəndaş qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir. Lakin bu gündən etibarən, birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

az24saat.org  xəbər verir ki, bu məsələ barəsində danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbulu dayandırması anlaşılan addım deyil:

“Ümumiyyətlə, bu qurumda son zamanlar qərarların qəbulunda nəsə yanlışlığa yol verildiyi müşahidə olunur. Xüsusilə, e-xidmətlərin keyfiyyəti və əlçatımlıq, inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq edilmir.

Halbuki məntiqlə əksinə olmalı idi. Ölkədə pandemiya ilə əlaqəli məhdudiyyətlər yenicə yumşalmağa başlayıb. Prezidentin qərarı əsasında birdəfəlik ödəmə ilə bağlı sayını üç dəfə artırdığı təbəqənin və onların yaxınlarının müraciət imkanı daha da asanlaşıb. Prezidentin atdığı addımdan nazirlik birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməli idi.

Əgər müraciətlər çoxdursa və emal olunması problemlər yaradırsa, bu halda Nazirliyin problemin həlli üçün əlavə imkanlar axtarması, ciddi səylər göstərməsi, kömək üçün hökumətə və aidiyyatı qurumlara müraciət etməsi daha doğru olardı. Ümid edirəm ki, aidiyyatı qurumlar və cavabdeh şəxslər hazırkı vəziyyəti nəzərə alacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Şərh

  1. Salam .kürdəmirdənəm adım Vasifdir.aprelin 11də müraciət etmişdim işsiz kimi 190m almaq üçun bu gun mesaj gəlib mənəki adınıza iki və daha cox masin var halbuki adımahec bir masin yoxdu eyni mesaj həyat yoldaşımada gəlib özləri qəsdən vaxt bitdikdən sonra göndərdilər imtina cavabı nı ki hec yere müraciət etməsinlər.belə dövlət olarhamısı fırıldaq yalandır xahiş edrem cavablandırın hara müraciət edim.evliyəm iki uşağım var.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button