Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

“İstənilən zaman neft gəlirləri kəskin azala bilər” – Deputat

“Neftin dünya bazar qiyməti 1 gündən 7 faizdən çox ucuzlaşıb. Bir gün əvvəl bareli 94.0 dollara satılan Brent markalı neft indi 88.0 dollardan ucuz təklif olunur”.

Bunu iqtisadçı deputatqar Bayramov deyib. Onun sözlərinə görə, avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə neft 17 faizdən çox dəyərsizləşib:

“Neftin qiymətindəki son azalmalar qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”.

Deputat bildirib ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir: “Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır. Bu arada Qərbin İran ilə danışıqları daha da intensivləşib. İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65.0 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə, qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir.

Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan, istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.

24 saat“İstənilən zaman neft gəlirləri kəskin azala bilər” – Deputat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button