‘İstanbul birjası’ istintaqı çərçivəsində 50-dən çox saxlanan var
Türkiyədə İstanbul birjasıyla əlaqədar aparılan istintaq çərçivəsində 50-dən çox saxlanan var.
Anadolu xəbər agentliyinin mayın 12-də bildirdiyinə görə, ölkənin altı bölgəsində cəmi 57 nəfər saxlanıb. Onlar ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-ə bağlılıqda şübhəli bilinirlər.
Daha öncə “Haberturk” qəzeti yazmışdı ki, saxlananlar Borsa İstanbulun – İstanbul birjasının keçmiş əməkdaşlarıdır, iyulda prezident Recep Tayyip Erdoğan-a qarşı çevriliş cəhdindən sonra işlərindən uzaqlaşdırılıblar.
Ankara Gülen-i həmin cəhdin arxasında durmaqda ittiham edir və ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülen ittihamları rədd edir.
Ötən iyuldan bəri on minlərlə adam həbsə atılıb, 140 mindən çox dövlət qulluqçusu, akademik işdən çıxarılıb.
24saat.org
Mənbə – azadliq.org