2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstanbulda gecə klubunda yaralanan iki azərbaycanlının səhhəti normaldır

“Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”

Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum zamanı törədilmiş terror aktı nəticəsində Azərbaycanın iki vətəndaşı yaralanıb.
Bu barədə “Report”un Türkiyə bürosuna Türkiyə Səhiyyə Nazirliyindən bildirlib.
Məlumata görə, hadisə zamanı xəsarət alan iki azərbaycanlı – Günel Həsənova və Rəşad Vəliyevin səhhəti normaldır: “Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan isə “Report”un Türkiyə bürosuna bildirilib ki, terrorda sadəcə iki Azərbaycan vətəndaşı yaralanıb: “Mütəmadi olaraq Türkiyə rəsmiləri və aidiyyəti qurumlarla əlaqə saxlayırıq. Terror zamanı həlak olan Nurlanə Həsənova isə Azərbaycan vətəndaşı olmayıb. Belə bir şey olsaydı, ilk bizim xəbərimiz olardı. Cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button