Xəbərlər

İstanbulda müəmmalı yanğın

İstanbulun Koca Mustafa Paşa məhəlləsində güclü yanğın baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, insident avtomobil duracağında qeydə alınıb.

Hadisə ərazidə böyük təşvişə səbəb olub. Şahidlərin sözlərinə görə, yanğın zamanı partlayış səsləri eşidilib, yaxın ərazilərin bir qismi elektrik enerjisiz qalıb. Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması və yanğının səbəbləri barədə məlumat verilmir.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?
Back to top button