Now Reading:
İstanbulda referendumun nəticələrinə qazanlı-tavalı etiraz

İstanbulda referendumun nəticələrinə qazanlı-tavalı etiraz

İstanbulun Kadıköy və Beşiktaş məhəllələrində toplanan yüzlərlə insan konstitusiya dəyişikliyi ilə bağlı referendumdan çıxan “bəli” nəticəsinə və Yüksək Seçim Kurulunun(YSK) açıqlamalrına etiraz edib.

Kadıköy Bahariye Süreyya Operası qarşısında toplanan etirazçılar “Bu seçki qanuni deyil, xeyr, biz qazandıq” yazılı şüarlar qaldırıb.

Polisin təhlükəsizlik tədbirləri altında mətbuat açıqlaması verən etirazçılar YSK-nın nəticələrinin qanuna uyğun olmadığını deyiblər. Xarici mətbuat mənsublarının da izlədiyi aksiyadan sonra etirazçılar dağılıb.
Beşikdaşdakı Qartal heykəli qarşısında toplanan bir qrup da əllərindəki qazan və tavalara qaşıqlarla vuraraq, etiraz şüarları səsləndiriblər.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.