2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İstanbuldakı teraktda şübhəli şəxs saxlanıb

Soylu deyib ki, hücum edənin Ankaranın terrorçu saydığı Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olduğu güman edilir

Saytların yığılması Saytlarin yigilmasi

İstanbulun mərkəzindəki İstiqlal küçəsində terror hücumunda şübhəli bilinən şəxs saxlanıb. Bunu Daxili işlər naziri Süleyman Soylu TRT Haber-in efirində deyib.

Nazirin sözlərinə görə, “bombanı qoyan şəxs saxlanıb”. Soylu deyib ki, hücum edənin Ankaranın terrorçu saydığı Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olduğu güman edilir.

“Daha öncə 21 nəfər saxlanıb. Bombanı qoyan şəxs də saxlanıb. Bizə bu ağrını vurana yaxın gələcəkdə daha böyük zərbə vuracağıq”, – Soylu bildirib.

Nazir 81 zərərçəkmişdən 50-nin evə yazıldığını, beş nəfərin reanimasiyada, ikisinin ağır vəziyyətdə olduğunu deyib. Daha öncə altı nəfərin öldüyü xəbəri yayılmışdı.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay Anadolu agentliyinə demişdi ki, baş verən hadisə terror hücumudur. O, partlayıcı qurğunu terrorçu qadının işə saldığını söyləyib. Ancaq həmin qadının partlayış nəticəsində ölüb-ölmədiyi bildirilmir.

Partlayış noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verib. Bu küçə turistlər arasında çox populyardır. Türkiyə mediası 6 nəfərin öldüyünü, 81 nəfərin xəsarət aldığını yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğan partlayışdan sonra bunun terakta oxşadığını deyib.

24 saat” “
İstanbuldakı teraktda şübhəli şəxs saxlanıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button