2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstehlak kreditləri kəskin azalıb

2016-cı ildə istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub. Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib.

“2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb. Bu, nominal azalmadır. Real azalma daha çoxdur. Çünki, portfelin yarısı xarici valyuta idi. Biz məhdudiyyətləri tətbiq edəndən sonra xarici valyutada istehlak kreditlərinin həcmi azalıb. Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub”, – deyə R.Aslanlı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button