2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İstehlakçı hüquqları zəif qorunur”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən və ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildirib.
Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Faktla bağlı toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov söyləyir ki, at ətinin satışının qanunla qadağa edilmədiyinin deyilməsi düzgün deyil. O bunun əsaslandırılmasını da uyğun hüsab etmir:
“Dövlət orqanı təmsilçisi bu yaxınlarda dedi ki, at ətinin satılmasını qanun qadağan etmir. Bu şərtlə ki, məhsulun üzərində hansı heyvana məxsus olması yazılsın. Lakin mən bununla razı deyiləm. Ölkədə belə əsaslandırmayla yararsız at əti bazara çıxarılır. Nə qədər ki, qida qəbulu haqda qanun yoxdur, istehlakçı qanunları zəif qorunur, at əti usaq bağçasından şadlıq evlərinəcən istifadə ediləcək. Onun birdəfəlik qarşısını alan heç bir qüvvə yoxdur. İstehlakçının 100 manata qədər aldadılması üçün cinayət məsuliyyəti nəzərdə tutulmur. Bu həddən sonra isə cinayət məsuliyyəti var. Mən həmişə demişəm, tələb olmasa, təklif də ortaya çıxmaz. Prezident sərəncam verib ki, 2018-ci ildə qida təhlükəsizliyi barədə qanun qəbul edilsin. Ümid edirik ki, bu qanundan sonra istehlakçıların təhlükəsizliyinə zəmanət olacaq”.

Nigar

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button