"İstehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir" - 24 saat xəbərlər
Now Reading:
“İstehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir”
Full Article 1 minutes read

“İstehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir”

Əli Məsimli: ”Hesabatda bəzi məqamları təkmilləşdirməyə ehtiyac var”

“Azərbaycanda istehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir. Əgər regionlarda istehsalın inkişafına geniş meydan verilərsə, yerli xammal əsasında yeyinti, yüngül sənayenin inkişaf etdirmək üçün xeyli imkanlar var”. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı belə deyib.

Əli Məsimli bildirib ki, Azərbaycanda bir neçə maşınqayırma və ya cihazqayırma müəssisəsi işə salmaq mümkündür: “Bu, yeni texnologiyaların Azərbaycana gəlməsinə, yüksək məvacibli iş yerlərinin açılmasına, eyni zamanda korporasiyaların güclənməsinə gətirib çıxaracaq. Bundan başqa, bu proses 30 iri, yüzlərlə orta və minlərlə kiçik müəssisələrin yaranmasına səbəb olacaq ki, bu da regionların inkişafında çox böyük rol oynaya bilər”.

Nazirlər Kabinetinin hesabatına toxunan Əli Məsimli deyib ki, sənəd kifayət qədər məzmunlu hazırlansa da, bəzi məqamları təkmilləşdirməyə ehtiyac var. O, xüsusilə dövlət qurumlarının fəaliyyət keyfiyyətinə görə fərqləndirilməsini təklif edib:

“Hesabatda bütün dövlət qurumları eyni rəngdə görünür. “Strateji Yol Xəritəsi”nin monitorinqlərində dövlət qurumlarının “yaxşı”, “ortabab”, “pis” işləyənləri göstərilir. Hesabatda da həmin monitorinqlərin nəticələrindən istifadə etməklə dövlət qurumlarının fərqləndirilməsi yaxşı olardı” – Ə.Məsimli bildirib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.