2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“İstintaq “bu yanğın niyə baş verdi” sualına cavab tapa bilmədi” – vəkil

“Binəqədi yanğını” işi üzrə məhkəmədə müdafiə tərəfi çıxış edib
Vəkil İlhamə Həsənova: Məqsəd Miryusif Mahmudovu həbs etmək olub
Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib. O bildirib ki, vəkillik fəaliyyəti ilə məşğul oluduğu 20 ildə heç bir işin ağırlığını bu qədər hiss etməyib: “Bu cinayət işi üzrə sadəcə hökm çıxarıb, sonra onu arxivə atmayacaqlar. İstintaq özünü doğrutltmadı.  Cəmiyyət istinatqdan ədalətli araşdırma gözləyirdi. Hamını bir sual maraqlandırırdı: Bu qədər insanın ölümü ilə nəticələnən niyə bu yanğın baş verdi? İstintaq bu suallara cavab tapa bilmədi.  Tapdığı cavab da cəmiyyəti qane etmədi. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərdən şikayətçi olub-olmaması ilə bağlı sual verəndə  tərəddüdlə cavab verdilər. Çünki istintaq orqanı onların da suallarına cavab verə bilməyib”
Vəkil qeyd edib ki, yanğın baş verəndən yarım saat sonra MTN əməkdaşlarının binanı üzləyən şirkətin ofisinə gəlməsi də araşdırlmayıb. “MTN hadisənin poliuretandan baş verdiyini hardan bilib? Məqsəd Miryusuf Mahmudovu həbs etmək olub. Miryusif Mahmudov xeyirxah insan olub. O, sahibkarlığa milyonlarla pul vəsaiti ilə gəlməyib. O, 2007-ci ildə 50 dollar vəsaitlə sahibkarlığa başlayıb. Xətai rayonunda yanğın baş verəndən sonra MTN əməkdaşları Mityusif Mahmudovdan hər il 300 min manat tələb ediblər. Bildiriblər ki, bu qədər məbləğdə pulu vermədiyi halda Miryusif Mahmudovun barəsində mənfi məlumatlar toplayacaqlar. Amma Miryusif Mahmudov MTN-nin rəhbər şəxslərinin bu hədələri ilə razılaşmayıb. Çünki Miryusif Mahmudov öz işinə inanıb. Amma bu hədələri edənlər sonda istəklərinə çatıblar” – deyən vəkil  Miryusif Mahmudovun həbsinin sifarişlə həyata keçirildiyini deyib.
O əlavə edib ki, Miryusif Mahmudov ilk saxlanılan zaman MTN-ə aparılaraq ifadə alısa da, həmin ifadə ortalıqda yoxdur.  “Bəlkə orada Miryisif Mahmudov önəmli nəsə deyib, indi qorxur danışmağa. Niyə həmin ifadə açıqlanmır? MTN əməkdaşları Miryusif Mahmudovu prokurorluğa təhvil verib. İstintaqın hədəfi Miryusif Mahmudov olub. Onu faktiki rəhbər kimi təqdim ediblər. Bununla bağlı istintaqa cəlb olunanlara yönləndirici suallar veriblər. Çünki məqsəd Miryusuf Mahmudovu həbs etmək olub. Amma buda Miryusif Mahmudovun həbs edilməsi üçün əsas deyil. O şirkətin təsisçisi olub. Təsisçi həbs oluna bilməz. Yanğın baş verəndən sonra ilk xəbəri ANS yaydı ki, Azadlıq prospektində yanğın baş verib,  yanğının səbəbi də poliuretan üzlükdür”.
İ.Həsənova vurğulayəb ki, cəmiyyət də yanğının poliuretandan baş verdiyinə inanmır. “Binanın üzləndiyi məhsul keyfiyyətli olub. Poliuretanın hansı məhsul olduğununu hamı yaxşı bilir. Bu məhsulun istehsal edilməsi üçün zavodun tikintisinə 5 milyard pul xərcləyib. Amma istintaq Miryusif Mahmudovun poliuretan istehsal edən zavodunu tapıb. Zavod bir qurğudan ibarətdir. Bu yalan baş tutmadı. Sonra yaydılar ki, guya xaricdən gələn məhsullara əlavə mayelər qatıblar. Bu da mümkün deyil,  çünki məhsul gömrükdən keçir və sifariş edən “Qlobal Stone” MMC-yə gətirilir. MMC-də istehsal olunan məhsul istintaq zamanı sınaqdan yaxşı çıxdı. Amma sonra bildiriblər ki, “Qlobal Stone” MMC sınağa başqa məhsul təqdim edib, görülən işlərə başqa məhsul istifadə edilib. Amma bu da sübut olunmadı. Poliuretan məhsulunu yandırmasan, yanmayacaq. Poliuretan məhsulu çətin yanan məhsuldur. Yanğının poliuretan məhsulundan baş verməsi sübut edilməyib. Bu işdən ayrılan cinayət işinin adı və soyadı bizə məlum deyil. İstintaq həmin cinayət işində kimi mühakimə edir, bunu da açıqlamayıb. İstintaq özünə sərf edən işi orada saxlayıb. Həmin işi tələb edəndə, deyəcəklər ki, istintaq sirridir. Əminəm ki, bu ayrılan iş heç vaxt məhkəməyə gəlməyəcək. 15 nəfərin meyitinin üstündən keçərək Miryusif Mahmudovu həbs etdirmək vicdansızlıqdır”.
Vəkil həmçinin çıxışı zamanı Miryusif Mahmudova ittiham olunduğu Cinayət Məcəlləsinin maddələri üzrə ittihamların qanunsuz verilməsindən danışıb.
Vəkil söyləyib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə düzgün ittiham verilmıyib: “Miryusif Mahmudov şirkətdə təsisçi olub.  Bu da onun vəzifəli şəxs olduğunu sübut edən fakt yoxdur. Mövcud olmayan vəzifəyə görə ona vəzifə səlahiyyətlərini necə aşıb, qanunsuz ittiham verilib?”
Qeyd edək ki,  prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button