Cəmiyyət

İstirahət günlərinin HAVA PROQNOZU

Noyabrın 24-25-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi əsəcək, 25-də arabir güclənən cənub küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 9-12° isti olacağı ehtimal edilir.

Böyük və Kiçik Qafqaz bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13°, dağlıq rayonlarda 0-5° isti olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturunun 8-11°, dağlıq rayonlarda 4-7° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 9-14° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz və 25-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12° isti olacaq.

24saat.org hava proqozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button