Bizim tərcüməDünya

İsveç parlamentində kritik terror qanunu təsdiq edildi! Yanvarın 1-dən qüvvəyə minəcək

Parlamentdə keçirilən səsvermədə 270 deputat “bəli”, 37 deputat isə “əleyhinə” səs verib. Sol Partiya və Yaşıllar Partiyasının etiraz etdiyi konstitusiya dəyişikliyinə 42 nəfər qatılmayıb.

Konstitusiya dəyişikliyində bildirilib ki, terrorla məşğul olan qrupların birləşmək azadlığı və nümayiş icazəsi məhdud olsa da, bu, yeni qanunların qəbuluna zəmin yaradacaq.

Dəyişiklikdə İsveçin başqa dövlət və ya beynəlxalq təşkilatla münasibətlərinə xələl gətirən məlumatları dərc edənlərin İsveç Kəşfiyyat İdarəsi tərəfindən 4 il həbs şübhəsi ilə araşdırıla biləcəyi bildirilib.

İsveç mətbuatına açıqlama verən ekspertlər, yeni konstitusiya dəyişikliyinin terror təşkilatı PKK/YPG üzvlərinə qarşı cinayət işlərinin asanlaşdırılmasına yol açdığını şərh ediblər.

Konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  SON DƏQİQƏ: Əsrarəngiz raket bir çox ölkəni bir-birinə qarşı çıxardı! ABŞ-ın son bəyanatı Rusiyaya dəstək oldu: Gözlər Ukraynada!

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button