2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İsveçin antiböhran planı (Azərbaycanla müqayisə etmək üçün)

Kamal Əli

Dünya mətbuatında belə məlumatlar yayılıb ki, İsveç hökuməti orijinal hərəkət edərək koronavirus problemi ilə məşğul olmamağı qərara alıb və bəyan edib ki, hər kəs xəstələnməli və COVİD-19-dan təbii müdafiə olunmalıdır. Əslində, bu, o qədər də doğru deyil. İsveçin pandemiya ilə mübarizədə özünəməxsus xüsusiyyətləri var, – təxminən 10 ilə yaxındır Stokholmda yaşayan bakılı Səbinə İsgəndərli Turan-ın suallarını cavablandırarkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

İsveçdə koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, hökumət ümumi milli karantin tətbiq etmir. Bu il martın 28-dən bəri yalnız 50 nəfərlik ictimai tədbirlərə məhdudiyyət qoyulub. Bölgələrdə dəmir yolu qatarlarının hərəkəti məhdudlaşdırılıb, beynəlxalq hava əlaqələri ləğv edilib, ali məktəblərdə və bir çox təhsil mərkəzlərində tədris onlayn rejimə keçirilib.

Ancaq bir çox orta məktəblərdə dərslər adi rejimdə davam edir, uşaq bağçaları və körpələr evləri fəaliyyət göstərir, çünki bir çox valideynin, sadəcə, öz uşaqlarını qoyacaq yeri yox.

Həmçinin ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, bir çox müəssisələr bağlanıb, lakin hakimiyyət ümummilli və qlobal böhran dövründə kiçik və orta sahibkarlığın yaşaması üçün antiböhran planı hazırlayır.

Hökumət əvvəlkitək vətəndaşların şüuruna güvənir, hər kəsin özünün və yaxınlarının sağlamlığına görə şəxsi məsuliyyətini təkrarlamaqdan yorulmur.

Hər gün Stokholmda İctimai Səhiyyə İdarəsinin mətbuat konfransı keçirilir. Tədbirdə mövcud vəziyyət, təhlükəsizlik tədbirləri, şəxsi gigiyena qaydaları və hər bir isveçlinin məsuliyyəti barədə məlumat verilir. “Evdə qalın, özünüzü və yaxınlarınızı riskə məruz qoymayın, şəxsi gigiyena qaydalarına əməl edin”, – hakimiyyətin xalqa mesajının ümumi konteksti belədir.

İsveçin maliyyə nazirinə aydındır ki, bütün dünyada olduğu kimi, İsveçdə də vəziyyət çox ciddidir. “Hazırda hökumət hesab edir ki, İsveç iqtisadiyyatındakı tənəzzül 2008-ci ildə maliyyə böhranı dövründə olduğu kimi böyük olacaq”, – İsveçin maliyyə naziri Maqdalena Anderson martın 31-də mətbuat konfransında yaxın il üçün iqtisadi proqnozları təqdim edərkən deyib.

Onun sözlərinə görə, bütün dünya iqtisadiyyatı kimi, İsveç iqtisadiyyatı da 2020-ci ildə ÜDM-in kəskin mənfi artımı ilə resessiyaya girəcək. Proqnozlara görə, İsveç ÜDM bu il 4 faiz azalacaq, əmək bazarında vəziyyət əhəmiyyətli dərəcədə pisləşəcək, məşğulluq səviyyəsi 2019-cu ildəki 68,3 faizdən 67 faizə enəcək, işsizliyin səviyyəsi isə 2020-ci ildə 9 faizə yüksələcək. Və bu 1990-cı illərin sonlarından bəri ən pis göstərici olacaq.

2020-ci ilin martında 18 000-dən çox insana işdən çıxarılma barədə bildiriş gəlib, onlardan 13 000-dən çoxu ötən həftə ərzində bildiriş alıb ki, bu da 1990-cı illərdə böhran vaxtı olduğundan müqayisədə xeyli çoxdur. Bütün iş yerlərini və şirkətləri saxlamaq imkanları olmayan hökumət virusun maliyyə nəticələrini maksimum azaltmaq üçün bütün tədbirləri görür.

İşsizlik artarsa İsveçdə hökumət işçilərin, sahibkarların və işsiz qalanların maddi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müvəqqəti olaraq sığortanın baza hissəsinin maksimum məbləğini gündə 365-dən 510 İsveç kronuna qaldırmaq niyyətindədir. Bu, ayda indiki 8 030 İsveç kronuna qarşı 11 220 İsveç kronudur. 33 000 kron gəliri olan əməkdaşlar ilk 100 gün ərzində indiki 20 020 krondan fərqli olaraq ayda 26 400 krona yaxın məbləğdə ən çox kompensasiya almaq hüququna malikdirlər. Bu o deməkdir ki, gəlirlə əlaqədar işsizlikdən sığorta üzrə maksimal mümkün gündəlik müavinət artırılır, yəni maksimal gündəlik norma 760 İsveç kronuna qədər təşkil edə bilər. Lakin bu artım müvəqqəti xarakter daşıyır, 13 aprel 2020-ci ildən 3 yanvar 2021-ci ilədək.

Lakin bu, hələ hamısı deyil. Dövlət digər xərcləri də öz üzərinə götürüb. Koronavirusla əlaqədar iş olmamasına görə şirkətin işdən azad etmək istədiyi əməkdaşlara əməkhaqqının bir hissəsini ödəyəcək. Bu proqram Korttidspermittering adlanır. Yəni, əməkdaşın iş vaxtı 100% -dən 40% -ə qədər azalırsa və bu zaman necə yaşamaq barədə sual yaranırsa, dövlət köməyə gəlir və işçinin adi əməkhaqqının 92% -i həcmində maaş alması üçün ödəniş edir.

İşəgötürənlər üçün imtiyazlar: işəgötürənin əməkdaşın əməkhaqqından (arbetsgivaravgifter) artıq ödədiyi vergilərin 50% -nin ödənişi bir il təxirə salına bilər. Yəni, bazar sabitləşəndən ​​sonra ödəmək olar. Şirkətlər vergi ödənişi ilə bağlı möhlət əldə edə bilər. Üç aya qədər vergi ödəməmək olar. Və bu 1 yanvar tarixindən qüvvədədir. Vergi xidməti həmçinin sizin öz kassanızı doldurmanız üçün yanvarın 1-dən və 3 ay əvvəl ödədiyiniz vergiləri qaytara bilər. Möhləti 12 ay müddətinə almaq olar. Əgər bütün şirkətlər bu bənddən faydalanarsa, proqnoza görə, ödənişlər 300 milyard krona çata bilər.

Dövlət Bankı (Riksbanken) sıfır faizlə banklara 500 milyard kron kredit ayırıb.

Böhran əleyhinə tədbirlər paketi hələ dəqiqləşdiriləcək, dəyişdiriləcək, yaxşılaşdırılacaq, düzəlişlər ediləcək. Lakin birmənalı olaraq, hakimiyyət iqtisadi böhranın nəticələrini yumşaltmaq üçün mmükün olan hər şeyi edir.

Çoxsaylı koronavirus xəstəsinin müalicəsi ilə bağlı tədbirlərdən danışarkən Covid-19 xəstələrinin qəbulu üçün Stokholmun cənubunda açılmış çadır xəstəxanasını qeyd etmək olar. Covid 19-a yoluxmuş xəstələrə təcili tibbi yardım göstərilməsi üçün ilk 140 yer artıq aprelin 1-də Stokholm səhra xəstəxanasında istifadəyə verilib, – Älvsjömässan Sərgi Mərkəzindən bildiriblər. Bi həftə öncə bu Mərkəzin ərazisində xəstəxana kompleksinin inşasına başlanılıb.

İntensiv işlərə ötən həftə başlanılıb. Yaxın iki həftə ərzində Pasxa tətilləri ərəfəsində epidemiya artarsa daha 600 yerin açılması planlaşdırılır ki, bunun 100-ü intensiv terapiyaya yönəlib.

“Sərgi Mərkəzinin ərazisində səhra xəstəxanası inşa etmək üçün təcrübəmiz və gücümüz var”, – Älvsjömässan baş direktoru Kristian Klemens deyib.

“Bu iş müxtəlif sahələr və biliklər üzrə mütəxəssislərin iştirakını tələb edir və onların hamısı çevik və birlikdə işləyirlər. Bu mürəkkəb layihədə Älvsjömässan missiyası böyükdür və belə çətin vəziyyətdə bütün işçilərin və tərəfdaşların dəstəyini almaq fərəhləndirir”,- Älvsjömässan istehsalat üzrə menecer və səhra hospitalının koordinatoru Rikard Skarebo bildirib.

Xəstəxana kompleksinin inşası üçün sahibkarlar ən qısa müddətdə elektrik enerjisi, santexnika, su təchizatı, tikinti və rəngləmə, informasiya materialları, tullantıların idarə olunması və istehlak materiallarının paylanmasına dair zəruri olan hər şeyin tədarükünü təşkil ediblər, həmçinin yoluxmuş xəstələr üçün vacib olan oksigenin tədarükünü təmin ediblər. Layihənin miqyasını anlamaq üçün qeyd etmək lazımdır ki, hazırda xəstəxanada yeddi min elektrik rozetkası və beş kilometr elektrik naqili var. “Bu, həqiqətən çoxlarının öyünə biləcəyi böyük birgə işdir”, – Rikard Scarebo deyir. Səhra xəstəxanası ölçüsünə görə İsveçdəki Karolinska (Karolinska sjukhuset) kimi böyük xəstəxanalarla müqayisə edilə bilər.

Folkhälsomyndigheten Dövlət Səhiyyə Xidmətinin bu il martın 30-na olan məlumatına görə, Stokholm bölgəsində virusa yoluxanların ümumi sayı 1806 nəfərdir, 108 Covid-19 xəstəsi təcili xəstəxanalarında reanimasiyada müalicə alıb. İntensiv terapiya alanlardan əlavə, daha 488 pasiyent paytaxtın müxtəlif tibb müəssisələrində müalicə olunur. Əhali arasında potensial yoluxmanın dərəcəsini müəyyən etməkdən ötrü orqanizmdə virusun olub- olmadığını yoxlamaq üçün təxminən 9 400 nəfər seçilib. Hazırda ölkə boyunca təsdiqlənmiş yoluxanların ümumi sayı 4028 nəfərdir. 146 ölüm var, – Stokholm sakini Səbinə İsgəndərli Turan-a bildirib.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button