2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İSW: Krımdakı partlayışlara görə Ukraynanın ittiham edilməsi üçün motiv yoxdur

Yayımlandı: 10 Avqust 2022 16:43

“Hromadske”nin xəbəri

Analitiklər deyir ki, Rusiya mühacir və etniklərdən ibarət qüvvələr yaradır

Saytların yığılması Saytlarin yigilmasi

“Kremlin Ukraynanı Krımdakı partlayışlarda ittiham etməsi üçün heç bir motivi yoxdur, çünki bu, «Moskva» kreyserinin batması ilə bağlı olayda olduğu kimi, Rusiya hava hücumundan müdafiəsinin effektsiz olmasını nümayiş etdirəcək”. 

Bu barədə Müharibənin Tədqiqatı İnstitutunda (ISW) bəyan ediblər. 

«İki müxtəlif obyektdə partlayışların eyni zamanda baş verməsi, ehtimal ki, Rusiyanın yanğının təsadüfən baş verməsi barədə versiyasını istisna edir, lakin nə diversiyanı, nə də uzaq məsafəli raket zərbəsini istisna etmir», – hesabatda deyilir.

Analitiklər həmçinin deyir ki, Rusiya yəqin mühacir və etnik təşkilatların liderlərindən Ukraynaya soxulmaq üçün qüvvələrin yaradılmasında istifadə edir.

Belə ki, “Perm diyarının Orta Asiya özbəkləri cəmiyyəti»nin rəhbəri Caxongir Calolov elan edib ki, Perm diyarında yaşayan və ya işləyən özbək vətəndaşları Rusiya qoşunlarına dəstək üçün «Amir Timur» könüllü batalyonu yaratmalıdır.

Calolov qeyd edib ki, özbəklər Rusiyada mövcudluqlarına görə rus xalqına borcludur, bu səbəbdən də onlar müharibədə iştirak etməlidirlər. Daha əvvəl ISW-də xəbər veriblər ki, Rusiya qoşunları Orta Asiya mühacirlərini Rusiya vətəndaşlığı və maliyyə kompensasiyası qarşılığında Sobyaninin yaratdığı alaya cəlb ediblər.

Analitiklərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı avqustun 9-na olan nəticələri: 

• İşğalçılar Severskdən cənub-şərqdə və Baxmut ətrafında quru hücuma keçib;

• Rusiya qoşunları Zaporojsk və Donetsk vilayətləri yaxınlığında Donetskdən şimala və cənub-qərbə quru hücuma keçib; 

• Rusiya İran üçün müşahidə peyki buraxıb;

• Qərb KİV-i xəbər verib ki, İzyum ətrafında Ukrayna əks-hücuma keçib, lakin Ukrayna Baş qərargahı axşam hesabatında bu rayonla bağlı heç bir məlumat verməyib;

• Rusiya mənbələri ehtimal edib ki, yaxın zamanlarda qurulmuş könüllü batalyonlar İzyum istiqamətində böyük bir hissəyə görə məsuliyyət daşıyır.  

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button