2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ISW: Moskvada HHM sistemlərinin qurulması əhalini uzunmüddətli müharibəyə hazırlamağa hesablana bilər

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Moskvada müxtəlif məkanlarda və hətta binaların üzərində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Ukraynadan hücum təhlükəsi ilə bağlı olmadığını düşünür.

Saytların yığılması Saytlarin yigilmasi

İnstitut hesab edir ki, çox güman ki, bu, şou oyunudur, onun köməyi ilə Kreml vətəndaşları uzun sürən müharibəyə hazırlayır.

ISW ekspertləri hesab edirlər ki, Moskva hansısa zərbə endiriləcəyinə inanmır, sadəcə bu silahlar Ukrayna müharibəsinin yaratdığı təhlükəni əhaliyə çatdırmağa hesablanmış yüksək profilli görüntülər yaymaq üçün qurulub.

Hesabatda o da vurğulanır ki, Moskva bununla “Böyük Vətən Müharibəsi” ilə paralellər aparmaqla Ukraynanı Rusiya üçün real təhlükə yaradan ölkə kimi təqdim etmək niyyətini nümayiş etdirə bilər .

ISW-yə görə, ola bilsin ki, bu yolla Kreml əhali arasında müharibə tərəfdarlarının sayını artırmaq və onları gələcək səfərbərliyə hazırlamaq istəyir.

“Bloomberg” agentliyi yazır ki, bu Moskvanın Ukrayna pilotsuz aparatlarının hücumundan qorxduğunu da göstərə bilər.

Beləki agentliyə danışanlar bu qərarın Ryazan və Saratov yaxınlığındakı hərbi aerodromlara pilotsuz təyyarələrin hücumundan sonra verildiyini bildiriblər.

Rusiya hərbçilərinin Moskvanın mərkəzində, Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığındakı binaların damlarında zenit-raket komplekslərinin quruaşdırıldığını göstərən foto və videolar bir neçə gün əvvəl Rusiyadakı sosial şəbəkələrdə paylaşılıb.

Həmin məlumatlarda bildirilir ki, “Pantsir S-1” Rusiya Müdafiə Nazirliyinin əsas binasının vertolyot meydançasında quraşdırılıb. Bundan əvvəl Moskvanın kənarında yeni S-400 hava hücumundan müdafiə sistemləri görünüb.

Hələki Rusiya rəsmiləri məsələyə şərh vermirlər. Dövlət Dumasının Müdafiə Komitəsi isə görüntülərin saxta olduğunu bildirib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button