Loading...
Loading...
SEÇMƏ

İtaliya “Putinin memarı”nın əmlakına həbs qoyub

Yayımlandı: 5 Avqust 2022 13:00

Müsadirə olunan əmlak 141 milyon avro dəyərində qiymətləndirilir

İtaliyanın Maliyyə Qvardiyası Rusiyada VIP müştərilər üçün iri sifarişləri yerinə yetirməklə tanınan sahibkar və memar Lanfranko Cirilloya məxsus daşınar və daşınmaz əmlaka həbs qoyub.

63 yaşlı Cirillo vergi pozuntularında ittiham olunub.

İş adamından müsadirə edilənlər arasında bahalı daşınmaz əmlak, bank hesabları, nağd pul, zinət əşyaları, müasir incəsənət nümunələri və iki milyon avroluq “Eurocopter EC130” helikopterin olduğu bildirilir.

Müsadirə edilənlər arasında Pablo Pikasso, Vasili Kandinski, Pol Sezann, Amadeo Modilyani və digər məşhur rəssamların heç bir sənədi olmayan rəsmləri də aşkarlanıb.

Müsadirə olunan əmlak 141 milyon avro dəyərində qiymətləndirilir.

İstintaq 2022-ci ilin fevralında başlayıb.

Lanfranko Rusiya Prezidenti Vladimir Putin üçün Krasnodardakı Gelencik şəhəri yaxınlığında dəbdəbəli mülk tikdiyinə görə “Putinin memarı” kimi də tanınır.

Meydan TV

Gözdən qaçırmayın:  Almaniyada deportasiya edilən mühacirlərin həbsinə etiraz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button