Bizim tərcüməDünya

İtaliyada dəhşətli helikopter qəzası! Ailə və ekipajdan sağ qalan yoxdur

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

İtaliyanın cənub-şərqindəki Puglia bölgəsində bu gün səhər saatlarında helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

İtaliya mətbuatında yer alan xəbərə görə, bu səhər Foggia şəhəri ilə Tremiti adaları arasında uçuş həyata keçirən A109 tipli helikopterlə radio əlaqəsi kəsilib. Axtarış-xilasetmə işlərinə başlandıqdan sonra təhlükəsizlik qüvvələri Foggia əyalətinin Apricena şəhəri yaxınlığında helikopterin qalıqlarına çatıb. Qəzada helikopterdə olan 7 nəfərdən sağ qalan olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, Tremiti adaları ilə Foggia arasında müntəzəm uçuşlar həyata keçirən “Alidaunia” şirkətinə məxsus helikopter gündə bir neçə dəfə sözügedən marşrut üzrə ikitərəfli uçuşlar edir.

Qəzada ölənlərin kimliyi də məlum olub. Puglia bölgəsinə tətilini keçirmək üçün gələn 4 nəfərlik sloveniyalı ailə, italyan həkim və 2 ekipaj üzvü qəzada həyatını itirib.

İtaliyanın Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) qəza ilə bağlı araşdırmalara başlayıb. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button