2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İtaliyada ifrat sağçı baş nazir olacaq

Meloni “İtaliyanın Qardaşları” partiyasının neofaşist köklərini danır, onu ənənəvi və sağ mərkəzçi kimi təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

İfrat sağçı siyasətçi Giorgiya Meloninin İtaliyanın ilk qadın baş naziri olacağı gözlənir. Parlament seçkisinin nəticələri onun neofaşist kökləri olan avroskeptik partiyasının qalib gəldiyini göstərir.

“Bizi bu ölkəni idarə etməyə çağırırlarsa, bunu hər kəs üçün, bütün italyanlar üçün edəcəyik, xalqı birləşdirmək üçün edəcəyik”, – Meloni sentyabrın 25-də seçki başa çatandan sonra deyib.

Seçkiyə rekord sayda az seçici gedib.

Meloni “İtaliyanın Qardaşları” partiyasının neofaşist köklərini danır, onu ənənəvi və sağ mərkəzçi kimi təqdim edir.

Partiya səslərin 26 faizini yığıb.

İndi 45 yaşlı siyasətçi sağ qanad və sağ mərkəzçi müttəfiqləri ilə birlikdə hakim koalisiya qurmalıdır. Blok ümumilikdə 44 faiz səs toplayıb.

Koalisiya parlamentin hər iki palatasına nəzarət edəcək. Ona daxil olan partiyaların Rusiya Prezidenti Vladimir Putinlə sıx əlaqələri var, Moskvanın Ukraynaya səbəbsiz hərbi təcavüzünə beynəlxalq təpkini sorğulandırıblar.

Keçmiş baş nazir, sağ-mərkəzçi Forza partiyasına başçılıq edən Silvio Berluskoni seçkidən bir neçə gün öncə deyib ki, fevralda Ukraynanı işğal etmək üçün Putinə hökuməti, partiyası və rus xalqı “təzyiq göstərib”.

Sağ qanad Liqa partiyasının lideri Matteo Salvini isə Aİ-nin Rusiyaya sanksiyalarının İtaliyanın iqtisadi maraqlarına ziyan vura biləcəyini deyib.

Meloni Ukraynanı özünümüdafiə üçün silahla təmin etmək tərəfdarı kimi çıxış edib, Qərbin Rusiyaya qarşı siyasətinə dəstək vəd edib. Ancaq o, “Brüssel bürokratları”nı tənqid edib, Macarıstanın Baş naziri Viktor Orbanı Aİ ilə münasibətlərdə müdafiə edib. Blok bu ölkədə demokratik geriləmə və korrupsiyadan narahatlıq bildirmişdi.

Seçkinin nəticələri bilinən kimi Meloni millətçi tonunu azaldıb.

“Məsuliyyətli olmaq vaxtıdır”, – o, televiziya ilə canlı çıxışında deyib, İtaliya və Aİ üçün vəziyyəti “özəlliklə mürəkkəb” adlandırıb.

Almaniya, Fransa, Polşadan sağ-qanad siyasətçilər Melonini qələbə münasibətilə təbrik ediblər.

Yeni koalisiya hökuməti oktyabrın sonundan tez işə başlamayacaq. İndilik, hökuməti Baş nazir Mario Dragi idarə edir.

24 saat” “
İtaliyada ifrat sağçı baş nazir olacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button