2022-10-27 02:46:43
İtaliyada yeni hökuməti formalaşdıran baş nazir Giorgia Meloni və onun 24 naziri dünən and içdikdən sonra parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında ilk etimad səsverməsini alıblar. Hökumətin proqramını Senat Baş Assambleyasına təqdim edən baş nazir Meloni, ardınca verilən etimad səsverməsində 79 “xeyr” səsinə qarşı 115 “hə” səsi ilə etimad səsi aldı. 200 yerlik Senatda etimad səsverməsində 199 senator iştirak etdiyi halda, 5 senator bitərəf qalıb.
SENATORLARDAN MELONIYA “SÜLH” REAKSİYASI
İtaliyanın Ukraynaya verdiyi dəstəklə bağlı Senat Baş Assambleyasına verdiyi açıqlamada siyasət istinadlarında “sülh” sözünün yer almamasına reaksiya verən senatorlara cavab verən Meloni, “Əgər kimsə bunun müharibədən həzz aldığım anlamına gəldiyini düşünürsə, yanılır. Amma başa düşməliyik ki, insan sülhə necə nail olur. Nümayişdə göy qurşağının dalğalanması ilə sülh əldə olunmur. Bu yolla sülhə nail olmaq çətindir”, – deyə o bildirib.
Meloni səsvermədən sonra sosial media hesabından verdiyi açıqlamada, “İtaliyanın üzləşdiyi fövqəladə vəziyyətlərə reaksiya vermək üçün dərhal işə başlayacağıq” dedi.
İkinci Dünya Müharibəsində faşizmin süqutundan bəri İtaliyada seçkilərdə qalib gələn ilk ifrat sağçı hökumət son etimad səsini aldı və onun qarşısında heç bir maneə yox idi. İfrat sağçı İtaliya Qardaşları Partiyasının (Fdl) lideri Meloni ölkənin ilk qadın baş naziri oldu.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.