2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İtaliyada növbədənkənar parlament seçkiləri: ultrasağçılar öndədir

Yayımlandı: 26 Sentyabr 2022 15:13

II Dünya müharibəsindən sonra seçicilər ilk dəfə sağçılara səs veriblər

Sentyabrın 25-də İtaliyada növbədənkənar parlament seçkilərinin ilkin nəticələri bəlli olub.

Saytların yığılması Saytlarin yigilmasi

Ultrasağçı koalisiya 43,3% səs toplayıb.

Məlumata görə, seçicilər II Dünya müharibəsindən sonra ilk dəfə Ultrasağçılara səs verib.

İtaliya seçki qanunvericiliyinə görə, qarışıq seçkilərdə belə nəticə parlamentdə mütləq çoxluğa imkan verir.

Səsvermənin nəticələrinə dair ilk məlumatlar onu göstərir ki, “İtaliya qardaşları” partiyası 24,6% səslə liderdir.

Partiyanın lideri, 45 yaşlı Corc Meloni koalisiya hökumətinə başçılıq edə bilər.

Enriko Lettanın solçu “Demokratik Partiyası” 19,4%, “Beş ulduz” populist hərəkatı – 16,5% toplayıb.

C.Melonu. Mənbə: Reuters

25 sentyabr seçkilərində əvvəlki ümumi seçkilərlə müqayisədə fəallığın xeyli aşağı düşdüyü vurğulanıb.

“İtaliya Qardaşları” partiyası seçkidə qalib gəlsə, onun lideri Corc Meloni İtaliya tarixində ilk qadın Baş nazir olacaq.

C.Meloni özünü NATO-nun tərəfdarı kimi təsvir edir, Ukraynaya müdaxiləyə görə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir.

“İtaliya Qardaşları” sağçı mühafizəkar millətçi baxışlara sadiqdir.

Onun sələfi olan partiyalarından biri neofaşist olub.

İfrat sağçı Liqa partiyası (keçmiş Şimal Liqası) və sağ mərkəzçi “İrəli İtaliya” Kremllə sıx əlaqələri ilə tanınır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button