Bizim tərcüməDünya

İtaliyanın ən çox axtarılan mafiya lideri “Ataların atası” Matteo Messina Denaro 30 ildən sonra həbs edilib.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Siciliya adasında yerləşən “Atalar Atası” kimi tanınan Koza Nostranın lideri Matteo Messina Denaro adanın paytaxtı Palermoda özəl klinikalardan birində ələ keçirilib.

Jandarm qüvvələrinin xüsusi əməliyyat bölməsi ROS, Messina Denaronun müalicə üçün getdiyi klinikada həbs edildiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İtaliya mətbuatı klinikadakı mənbələrə əsaslanaraq Denaronun ən azı bir il burada müalicə aldığını yazıb.

Mafiya başçısının tutulduğu La Maddalena adlı klinikanın xərçəng müalicəsi üzrə ixtisaslaşdığı bildirilir.

Ansa xəbər agentliyi Messina Denaronun klinikada kimya terapiyası keçdiyini yazıb.

Klinikanın sahibi Stefaniya Filosto “Corriere della Sera”da dərc olunan açıqlamada Messina Denaronun klinikaya saxta adla (Bonafede) müraciət etdiyini bildirib.

“O, digər xəstələrlə sınaqdan keçmək üçün növbədə idi” dedi Filosto. Qəflətən silahlı şəxslər peyda olub, mafiya lideri qaçmağa çalışaraq darvazalardan keçərək küçəyə çıxıb və orada jandarm tərəfindən yaxalanıb”.

Əməliyyatdan sonra klinika ətrafında çəkilən görüntülər yayılmağa başlayıb.

Onlardan birində təhlükəsizlik qüvvələrinin maşınları klinikadan çıxarkən ətrafa toplaşan vətəndaşların alqışladığı görünür.

60 yaşlı Messina Denaro 1993-cü ildən axtarışda idi.

Qurbanları ilə “bir qəbiristanlığı doldura biləcəyi” ilə öyünməsi ilə yadda qalan mafiya liderinin 50-yə yaxın qətllə əlaqəsi olduğu bildirilir.

Mafiya lideri onlarla adamı öldürməkdə və ya qətlə sifariş verməkdə ömürlük həbs cəzasına məhkum edilib.

Bu qətllər arasında mafiya etirafçısının oğlunun öldürülməsi və turşulaşdırılması, 1992-ci ildə mafiya əleyhinə prokurorlar Covanni Falkon və Paolo Borsellinonun öldürülməsi də var.

Messina Denaro da 1993-cü ildə Roama, Florensiya və Milanda törədilən partlayışlarda iştirakına görə məhkum edilib.

Denaro 1962-ci ildə Siciliyanın Castelvetrano şəhərində, Cosa Nostra klanlarından birinin başçısı Françesko Messina Denaronun (Don Ciccio) oğlu olaraq anadan olub.

Matteo Messina Denaro illərdir qaçaq yaşayan atası 1998-ci ildə vəfat etdikdən sonra onun yerinə keçib.

Messina Denaro qeyri-qanuni tullantıların utilizasiyası, çirkli pulların yuyulması və narkotik ticarəti də daxil olmaqla, Cosa Nostra-nın bizneslərini idarə edirdi.

Sonuncu dəfə 1993-cü ilin yayında tətildə görünən mafiya başçısının qaçaq olmasına baxmayaraq, bu tarixdən sonra əmr verməyə davam etdiyi düşünülür.

Denaronun müvafiq olaraq 2016 və 2017-ci illərdə vəfat etmiş Cosa Nostra bosları Bernardo Provenzano və Salvatore Riinanın varisi olduğu bildirilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button