Loading...
Loading...
Xəbərlər

İtaliyanın Baş naziri istefa verib

Parlamentin buraxılacağı, oktyabrın əvvəlinə növbədənkənar seçkilərin təyin olunacağı gözlənir

İtaliyanın Baş naziri Mario Draqi yenidən istefa verib. Bu dəfə Prezident Sercio Mattarella istefanı qəbul edib. Hökumətsə mövcud işlərin icrasını davam etdirəcək. Bu haqda “La Repubblica” xəbər verir.

Prezident günün ikinci yarısında parlamentin hər iki palatasının təmsilçiləri ilə görüşəcək. Parlamentin buraxılacağı, oktyabrın əvvəlinə növbədənkənar seçkilərin təyin olunacağı gözlənir.

İtaliyada hökumət böhranı ötən həftə başlanıb. Hakim koalisiyadakı partiyalardan biri hökumətə etimad səsverməsidə kabinetə dəstəkdən imtina edib. Draqi o zaman istefa versə də Matarella onu qəbul etməyib.

“The New York Times” yazır ki, oktyabr seçkiləri nəticəsində formalaşacaq parlamentdə Rusiya Prezidenti Vladimir Putinə daha müsbət, Avropa İttifaqına isə ədavətli yanaşan partiyalar üstünlük təşkil edə bilər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  İranda binanın çökməsinə görə 20 nəfər ittiham olunur

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button