2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İtkin Çinli nazir qadağan olunmuş eşq iddiaları ilə gündəmdədir

2023-07-20 14:24:15

Çinin xarici işlər naziri Qin Qangdan 3 həftədir ki, heç bir xəbər yoxdur. Nazir Qinin son günlər Çinin paytaxtı Pekində sıx diplomatik gediş-gəlişə baxmayaraq heç bir görüş və ya tədbirdə iştirak etməməsi Çin nazirinin harada olduğu ilə bağlı fərziyyələrə səbəb olub. Sosial şəbəkələrdəki yazılarda Qinin nikahdankənar münasibətə görə yoxa çıxdığı bildirilir.

Sosial şəbəkələrdəki paylaşımlara görə, Qin Phoenix TV-nin aparıcısı Fu Xiaotian ilə nikahdankənar münasibətinə görə araşdırılırdı. Çində yerləşən sosial media platformalarında Qinin vəziyyəti ilə bağlı axtarışlar nəticə vermir. Keçən il dekabrın əvvəlində xarici işlər naziri vəzifəsinə təyin edilən və Çin prezidenti Si Cinpinə yaxın bir ad olaraq tanınan 57 yaşlı Qin 2021-ci ilin yanvarından 2023-cü ilə qədər Çinin Vaşinqtondakı səfiri vəzifəsində çalışıb. Bildirilir ki, 2014-2017-ci illər arasında ölkədə nazirliyin protokol şöbəsinin müdiri vəzifəsində çalışan Qin bu dövrdə Çin lideri Xi ilə sıx əlaqələr qurub.

Saytların yığılması Saytlarin yigilmasi

SON KEÇİRİLMİŞ 25 İYUN

Çinin xarici işlər naziri Qin iyulun 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşməli idi. AB-dən verilən açıqlamaya görə, Pekin administrasiyası Borrelin səfərini cəmi 2 gün əvvəl ləğv edib. Qin Qanq ABŞ Maliyyə Naziri Janet Yellen və ABŞ-ın İqlim Dəyişikliyi üzrə Xüsusi Nümayəndəsi Con Kerrinin bu ay Çinə səfərləri zamanı ictimaiyyətə görünməyib. Ötən həftə İndoneziyanın paytaxtı Cakartada keçirilən ASEAN Xarici İşlər Nazirləri Toplantısına Qin Qanq yerinə Çin Kommunist Partiyası Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi qatılıb. İyulun 11-də Çin Xarici İşlər Nazirliyinin keçirdiyi mətbuat konfransında Qin Qanqın ASEAN toplantısında iştirak etməməsinin səbəbi “səhiyyə problemləri” olaraq göstərilib. Nazirliyin bu həftə keçirdiyi müntəzəm mətbuat konfranslarında Qin Gang ilə bağlı suallar cavabsız qalıb. Çin Xarici İşlər Nazirliyinin saytında Qin hələ də Çinin Xarici İşlər Naziri kimi qeyd olunur.

Qin Qang sonuncu dəfə iyunun 25-də Rusiya, Vyetnam və Şri-Lanka xarici işlər nazirləri ilə görüşləri zamanı ictimaiyyət qarşısına çıxıb. Həmin gün dövlət mediası Qinin Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşü barədə xəbər yayıb.

BU İLK DƏFƏ DEYİL

Çində yüksək səviyyəli siyasətçilərin, iş adamlarının və ya məşhurların uzun müddət heç bir izahat verilmədən yoxa çıxması nümunələrinə daha əvvəl də rast gəlinib. 2018-ci ildə İnterpol prezidenti Meng Hongwei-dən həftələrdir xəbər yox idi. Menq 2020-ci ildə rüşvət ittihamı ilə 13,5 il həbs cəzasına məhkum edilib. Alibaba-nın qurucusu Cek Ma, çinli kino aktyoru Fan Binqbinq və tennisçi Penq Şuai uzun müddətdir yoxa çıxan ictimai tanınan adlar arasındadır. Çin prezidenti Xi Jinping 2012-ci ildə Çinin ali lideri vəzifəsini icra etməzdən əvvəl 2 həftə ictimaiyyət qarşısına çıxmadı. Çin Kommunist Partiyasının (ÇKP) Chongqing katibi Bo Xilai də 2013-cü ildə itkin düşüb. Aylar sonra Bo rüşvət almaq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Bo Xilai ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, Bo-nun həyat yoldaşı Qu Kailai biznes mübahisəsi zəminində britaniyalı iş adamını zəhərləyərək öldürüb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button