Xəbərlər
İtkin düşərək tapılan kursantın akademiyadan xaric olunmasına qərar verildi
İtkin düşdükdən üç gün sonra hərbi polis tərəfindən tapılan Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı akademiyadan xaric olunmasına qərar verilib.
Qəbul edilmiş qərara əsasən Hüseynli Vüsal Elşən oğlu əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə məktəbdən qovulacaq.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıda yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.