2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İtkin düşən neftçi oğlunun dərdinə dözməyən ana öldü

Ötən il dekabrın 15-də estakadanın uçması nəticəsində itkin düşən 10 neftçidən birinin meyiti hələ də tapılmayıb. Hələ də tapılmayan yeganə neftçi, Ələt qəsəbə sakini Əsədov Samirin anası Məleykə xanım ürək çatışmazlığından dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, 5 aydır oğlundan xəbər ala bilməyən gənc neftçinin anası oğul dərdinə dözə bilməyib.

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. (İstipress)

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button