2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İtkin düşən yol polisi əməkdaşı tapıldı – “Topaz”da xeyli pul uduzub

Əliş Kərimov axtarıldığından xəbərsiz olduğunu desə də, onun işdən qovulacağı gözlənilir

 


Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb. Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-dən “qafqazinfo”ya daxil olan məlumata görə, itkin polis artıq tapılıb və idarəyə gətirilib. Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb. Ə.Kərimov axtarıldığından xəbərsiz olub.
Avtosfer.az-ın məlumatına görə, xidməti avtomobili küçədə nəzarətsiz qoyan, rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edən həmin polisin xeyli miqdarda borcu varmış. Eyni zamanda, Topaz-da da külli miqrdarda pul uduzub. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.
Ə.Kərimov YPX əməkdaşı deyil, o, DYP-nin növbətçi hissəsində sürücü işləyir. Polis serjantıdır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button