2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti Azərbaycana gələcək

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) nümayəndə heyəti yaxın günlərdə Bakıya gələcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev məlumat verib.

O bildirib ki, Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsi ölkə başçısının və Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də ölkəmizin digər səlahiyyətli strukturlarının daim diqqət mərkəzindədir.

Diplomat vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında münaqişədən sonra münasibətlərin normallaşmasının ən mühüm humanitar, siyasi və hüquqi aspektidir.

Səfir həmçinin Ermənistan-Azərbaycan müharibəsi nəticəsində itkin düşmüş vətəndaşlarımızın axtarışında Azərbaycana yardımın göstərilməsi məsələsini müzakirə etmək üçün Azərbaycan tərəfinin dəvəti ilə ICMP nümayəndə heyətinin 2022-ci ilin aprelində Bakıya səfər etdiyini xatırladıb.

Bakıda keçirilən görüşlər nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi işində konkret yardım göstərmək məqsədilə bu beynəlxalq təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri və məsələnin hərtərəfli qiymətləndirilməsi ilə bağlı razılıq əldə olunub.

R.Mustafayevin sözlərinə görə, ICMP-nin işə başlaması və nümayəndə heyətinin Bakıya səfərinin təşkilində Niderland Xarici İşlər Nazirliyi maliyyə dəstəyi göstərir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button