2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İtkin neftçilərin ailə üzvlərinə SOCAR-da iş verildi

“Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərin və “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində ölən və itkin düşənlərin ailə üzvləri SOCAR-da işlə təmin olunur.

Modern.az saytının əldə etdiyi məlumata görə, ölən və itkin düşmüş neftçilərin ailə vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar SOCAR rəhbərliyinin müvafiq göstərişinə əsasən, həmin ailələrin hərəsindən bir nəfər müsabiqədən kənar müxtəlif işlərə cəlb olunub. Neftçilərin ailə üzvlərinə bu barədə məlumatlar verilib və onlardan lazımi sənədlər yığılıb. Artıq sənədləri qəbul edilmiş şəxslər müxtəlif şöbələrdə işləməyə başlayıblar.

İtkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button