Loading...
Loading...
Gündəm

İtkin şəxs minaya düşübmüş 

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda itkin düşən şəxsin minaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

Məlumatda iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olduğu, bundan sonra Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə axtarış tədbirlərinə başlanıldığı deyilir.

İlkin ehtimallara görə, C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.

Dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədinin rayonun Seyidli kəndi ərazisində aşkar edildiyi bildirilir.

DİN həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlərin davam etdirildiyini qeyd edir.

24 saat” “İtkin şəxs minaya düşübmüş ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button