2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İtkin sayılan hərbi qulluqçunun meyiti tapılıb

Azərbaycanın itkin düşmüş sayılan bir hərbi qulluqçusunun şəxsiyyəti müəyyənləşdirilərək meyiti aidiyyəti üzrə verilib.

Bu barədə Hərbi Prokurorluqdan bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumdan mayın 3-də yayılan məlumatda bildirilir ki, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir: “…Ötən dövr ərzində şahidlərin dindirilməsi, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək cəsədlər… müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib”.

Hərbi Prokurorluğun mətbuat xidməti vurğulayıb ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – leytenant Əli Yusifovun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub: “İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”.

Rəsmi qurumların məlumatına görə, hazırda Azərbaycan tərəfdən 20 civarında hərbi qulluqçu İkinci Qarabağ müharibəsində itkin sayılır. 2 min 900-a qədər hərbi qulluqçu isə həlak olub.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “İtkin sayılan hərbi qulluqçunun meyiti tapılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button