2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İtkinlərin yaxınları müxalifətdən etirazları dayandırmağı tələb edirlər


AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçuların valideynləri və yaxınları müxalifətin gündəlik etiraz aksiyalarının dayandırılmasını tələb ediblər.

Oğullarından 2-3 aydır ki, xəbər olmayan əsgər valideynləri onların hələ də əsirlikdə olmasına ümid edirlər.

Valideynlər əmindirlər ki, itkinlərin axtarışı həm də müxalifətin etiraz aksiyalarına görə ləngiyir.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 5-dən bəri 20 yaşlı əsgər oğlundan xəbər ala bilməyən Roman Gevorkyan deyir ki, onlar son dəfə telefonla məhz oktyabrın 5-də danışıblar.

 

“Bu xalqı hakimiyyət davasına qatmayın”

Əsgər atası həm də bugünlərdə aramsız etiraz mitinqi keçirənləri qınayır:

“Siz gəlmisiniz və burada kreslo mübarizəsi aparırısınız. Kreslonuz özünüzə qalsın. Bizdən aralı durun, yolu açın, bu xalqı hakimiyyət davasına qatmayın. Qoy türklər (azərbaycanlılar – red) bugün yolları açıb uşaqlarımızı buraxsınlar. Bugünədək əsirlərin hələ də buraxılmaması sizin günahınızdır. Siz hər şey üçün cavab verəcəksiniz. Türklər baxıb sevinirlər ki, siz bir-birinizin boğazını didmək istəyirsiniz…”

Gevorkyan bildirir ki, onların heç bir siyasi partiya ilə əlaqəsi yoxdur. Onları ümumi ağrı bağlayır:

“Hər gün Yerablurda qəhrəmanları dəfn edirlər. Adam olun, hakimiyyət uğrunda mübarizəni dayandırın. Biz bunu istəmirik. Biz istəyirik siz bizdən uzaq durasınız və yollar açılsın”.

90 gündür ki, oğlunun “öldü-qaldısını” bilməyən Amaliya Abacyan deyir ki, kimə müraciət edəcəyini bilmir:

“Mən hökumətimizə yalvarıram. Düzdür, onlar deyirlər ki, işləyirlər. Amma biz özladlarımız üçün nə isə bir iş görüldüyünü görmürük. Uşağın hansı son tarixdə əsgər kimi qeydiyyatda olduğu bilinmir”.

 

Noyabrın 13-dən bəri 1069 meyit tapılıb

Azatutyun yazır ki, Qarabağ müharibəsində nə qədər adamın itkin düşməsinə dair dəqiq məlumat yoxdur.

Kavkazski Uzel saytı bildirir ki, indiyədək Rusiya sülhməramlılarına 537 itkin hərbçi ilə bağlı müraciət olunub.

Dekabrın 22-də münaqişə zonasında daha 14 erməni hərbçinin qalıqları tapılıb.

Separatçıların nümayəndəsi bildirir ki, meyitlərin axtrışı Şuşa, Cəbrayıl və Zəngilan istiqamətlərində davam etdirilir.

Son məlumatlara görə noyabrın 13-dən indiyədək Dağlıq Qarabağda 1069 hərbçi meyiti aşkar olunub.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button