Cəmiyyət

İTSDA-da nə baş verir: Dördə dəqiqəlik iki reklam çarxı üçün 115 min manat?

Oktyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi məqsədilə reklam çarxlarının çəkilişi üçün fiziki şəxs Əli Ələkbərovu (VÖEN: 7400377682) seçib. İki qısa reklam (hər biri 1-2 dəqiqə) İTS ödəyicilərinə 114 800 manata (67 500 ABŞ dolları) başa gələ bilər.

Turan” İA İTSDA-nın tenderinin qalibi haqqında məlumat tapmağa çalışıb. Lakin axtarışlar nəticəsiz qalıb. Bununla əlaqədar olaraq, фgentliyin müxbiri ölkənin rayonlarından birində qeydiyyatda olan fərdi sahibkar Əli Məhərrəm oğlu Ələkbərovun ixtisasına dair məlumatın verilməsi xahişi ilə İTSDA-ya müraciət edib.

Dövlət qurumunun cavab məktubunda qeyd olunur ki, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi məqsədilə reklam çarxlarının çəkilişi xidmətlərinin satın alınması üzrə açıq tender oktyabrın 4-də başa çatıb. “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxs və ya hüquqi şəxslər və ya hüquqi şəxslər birliyi dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilər. Agentliyin tender komissiyası layihənin həyata keçirilməsi üçün zəruri keyfiyyətlərə malik iddiaçıları müəyyən etmək üçün Əsas Şərtlər Məcəlləsində iddiaçıların ixtisaslarının müəyyən edilməsi meyarlarını tətbiq edib. Komissiya müvafiq tender təkliflərini qiymətləndirib. Eyni zamanda, komissiya qanunun 6.2-ci maddəsində göstərilən meyarlara uyğun olaraq ərizəçilərin ixtisaslarını təsdiq edən sənədli sübutlar tələb edib. Buna əsasən, müraciət edənlər arasında məhz Əli Ələkbərov şərtlərə cavab verən kimi tanınıb, çəkiliş qrupunun iş təcrübəsini və peşəkarlığını bu işdə iştiraka razılıq ərizəsi əsasında təqdim edib” deyə informasiya sorğusuna cavabda deyilir.

İTSDA-da həmçinin bildiriblər ki, tender təkliflərinin qiymətləndirilməsindən sonra tender komissiyası tenderin nəticələrinə dair yekun protokol tərtib edib. Protokol qalibin təsdiq edilməsi barədə qərar qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilib.

Eyni zamanda, İTSDA müsabiqə şərtləri arasında iddiaçının fəaliyyəti ilə bağlı məlumatların internet resurslarında olması tələbinin olmamasına istinad edərək, Əli Ələkbərovun ixtisasına dair konkret cavabdan yayınıb.

24 saat” “İTSDA-da nə baş verir: Dördə dəqiqəlik iki reklam çarxı üçün 115 min manat?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  180 manata satılan zavod və 10 milyon dəyəri olan əmlak

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button