2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İttiham aktı: MTN Elçin Behbudova hər ay 2 min manat mükafat verib

Saytların yığılması Saytlarin yigilmasi
Elçin Behbudov
Elçin Behbudov.

Hüquq müdafiəçisinin kod adı “BET” kimi qeyd olunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) agentlərindən birinin adı açıqlanıb.

Meydan TV-nin məlumatına görə, bu haqda MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub. Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxslər “BET”-yə, “TT”-yə, Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan “İƏ”- yə raportlarda göstərilən məbləğlərdə vəsait ödənilib.

Etibarlı şəxs “BET” – Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. Ona 25 noyabr 13-cü il tarixli 6/1/6543 saylı raport ilə ona hər ay 2000 manat mükafatı təyin olunub. 31 may 2014-cü ildə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib. “BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.

Əlavə olaraq vurğulanıb ki, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.

MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Yazıda adı qeyd edilən Elçin Behbudov isə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olub. O, 2015-ci ilin noyabrın 14-də ürək tutmasından vəfat edib.
Meydan TV E.Behbudovun həyat yoldaşı Elmira Behbudovadan münasibət öyrənməyə cəhd etsə də, mümkün olmayıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button