2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İTV-də yeni təyinatlar- SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.

24saat.org-a İTV-nin ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 4 sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun təqdimatına əsasən, yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.

Yayım Şurasının qərarı ilə Həmidov Rəhim Bağır oğlu baş direktorun müavini, Osmanova Günel Aslan qızı Kadrlar və xüsusi işlər departamentinin direktoru, Şükürova Könül Arif qızı Səhər proqramları departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç Beynəlxalq əlaqələr departamentinin direktoru, Seyidov Mehmandar Ənvər oğlu Hüquq departamentinin direktoru, Məmmədov Məmmədəli Nazim oğlu Radionun proqram direktorluğu departamentinin direktoru, Hakimov Kənan Eldar oğlu İdman departamentinin direktoru, Cəfərli Minijə Cəmşid qızı isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.

Məlumatda qeyd edilib ki, aparılan kadr və struktur dəyişikliyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının yüksəldilməsinə xidmət edir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button