Loading...
Loading...
İdman

İvan Rakitiç: “Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi”

“Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi. Söz tapa bilmirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç deyib.

AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Çexiya ilə qarşılaşan balkanlıların ulduz futbolçusu matçın gedişində meydana məşəllər ataraq oyunu dayandıran azarkeşləri qınayıb.

O, görüş haqqında da danışıb: “Oyuna gəlincə isə, bizdən Çexiyadan daha yaxşı idik. Heç-heçəyə görə təəssüflənirik. Gələn oyun lazımı nəticəni qazanacağıq”.

Qeyd edək ki, matç zamanı baş vermiş insidentlərlə əlaqədar UEFA inzibati iş qaldıracaq.

Back to top button