2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İvanka Trampın qolbağısı qalmaqala səbəb oldu – Fotolar

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvankanın “CBS” kanalında “60 Minutes” verilişində çıxışı efirdə yayımlandıqdan sonra tənqidlərə səbəb olub. Efirin qonaqları Donald Tramp, onun həyat yoldaşı Melaniya və İvanka da daxil olmaqla prezidentin uşaqları olub. 

Verilişdən sonra İvanka Trampın şirkətinin marketinq şöbəsinin əməkdaşı reklam məqsədli press-reliz yayaraq bildirib ki, prezidentin qızı “60 Minutes” proqramının studiyasında ona məxsus “Metropolis” zinət əşyaları kolleksiyasından olan qolbaqla çıxıb.

Bu bəyanat isə qalmaqala səbəb olub. Belə ki, siyasətçinin qızı atasının mövqeyindən yararlanaraq öz biznesininin tanıtımı ilə məşğul olmaqda günahlandırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Qadın geyimləri, ayaqqabıları və zinət əşyalarının buraxılışı ilə məşğul olan şirkət nümayəndələri məktubun marketinq şöbəsinin işçisi tərəfindən ənənəvi iş məktubu kimi göndərildiyini bildiriblər. Amma onlar yeni vəziyyəti nəzərə alaraq strategiyalarını yenidən nəzərdən keçirməli olacaqlarını da əlavə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button