SEÇMƏ

İxtiyar Şirin vəfat edib

Yayımlandı: 15 Noyabr 2022 22:38

Keçmiş Baş prokurorun ölüm səbəbi haqda məlumat yoxdur

Noyabrın 15-də Azərbaycan Milli Konqres Partiyasının sədri, istiqlalçı millət vəkili İxtiyar Şirin vəfat edib.

Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah HüseynFacebook” səhifəsində məlumat paylaşıb. Onun ölüm səbəbi haqda məlumat verilməyib.

1952-ci ildə Beyləqan rayonunda anadan olan İxtiyar Şirin AXC hakimiyyəti dövründə dövlət müşaviri və Baş prokuror vəzifələrində çalışıb.

O, 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və İ.Şirin azadlığa buraxılıb.

Meydan TV

Gözdən qaçırmayın:  Keçmiş icra başçısına verilmiş ittihamların detalları məlum olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button