Siyasət
İyulun 5-6-da Bakıda QH-nin Koordinasiya Şurasının nazirlər toplantısı keçiriləcək

İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının nazirlər toplantısı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “Twitter” hesabında məlumat yayıb.
“Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynamışdır”, – məlumatda qeyd edilir.
Mənbə:Report