2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İyunun 15-i Qurtuluş günü kimi qeyd edilir

İyunun 15-i Azərbaycanda rəsmi olaraq Milli Qurtuluş günü kimi qeyd edilir.

Bu tarix 1993-cü il iyunun 15-də keçmiş prezident Heydər Əliyevin parlamentin sədri seçilməsi və ya hakimiyyətə qayıtması ilə bağlıdır. H.Əliyev bundan öncə 1969-1982-ci illərdə də (SSRİ dönəmində, Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olub) Azərbaycana rəhbərlik edib

Saytların yığılması Saytlarin yigilmasi

1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi ilə hərbi hissələrdən biri hakimiyyətə silahlı itaətsizlik göstərib. İyunun 4-də Gəncədə bir sıra dövlət rəsmiləri girov götürülüb. Bundan sonra prezident Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri H.Əliyevi Bakıya dəvət edib.

İyunun 15-də H.Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilib. Polkovnik S.Hüseynovun Gəncədə nəzarəti ələ keçirən silahlı qüvvələri isə bu ara Bakıya doğru irəliləməyə davam edib.

İyunun 17-dən 18-nə keçən gecə prezident Ə.Elçibəy Bakını tərk edərək doğulduğu Ordubad rayonunun Kələki kəndinə üz tutub. Ancaq o, istefa verməyib. Əvəzində Azərbaycan Milli Məclisi ona etimadsızlığını bildirib. İyunun 24-də Milli Məclisin qərarı ilə onun səlahiyyətlərinə son verilib. Prezident səlahiyyəti Milli Məclisin sədri H.Əliyevə keçib.

1993-cü il oktyabrın 3-də isə Azərbaycanda prezident seçkisi keçirilib və H.Əliyevin qələbəsi elan edilib. Polkovnik S.Hüseynov da dövlət başçısı H.Əliyevin namizəd verməsi ilə baş nazir postuna gətirilib.

Amma bir il sonra S.Hüseynov baş nazirlikdən uzaqlaşdırılıb.

Qurtuluş gününə Azərbaycanda ikili münasibət var. Hakimiyyəti müdafiə edən adamlar hesab edirlər ki, H.Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alaraq ölkəyə sabitlik gətirib.

Keçmiş prezident Ə.Elçibəyin tərəfdarları olan indiki müxalifət isə bildirir ki, H.Əliyev həmin hadisələrdə qiyamçı polkovnik S.Hüseynovla birləşib. Onların qeyd etməsinə görə, bunun ardınca ölkənin 6 rayonu işğal edilib, bütün demokratik institutlar sıradan çıxarılıb.

Hazırda Azərbaycandan kənarda olan S.Hüseynov isə həmin hadisələri ( 1993-cü il iyun hadisələri) hakimiyyətin səhvlərinin nəticəsi kimi dəyərləndirir.

15 iyun qeyri-iş günüdür.

24 saat” “İyunun 15-i Qurtuluş günü kimi qeyd edilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button