2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İyunun 20-ə HAVA PROQNOZU

24saat.org iyunun 20-ə olan hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək,  şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

 Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcək.

Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu isə 22-23° isti təşkil edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button