2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

İzdivac verilişində azərbaycanlı oğlandan türk qıza TƏRBİYƏSİZLİK – VİDEO

Zuhal Topalın evlilik verilişində iştirak edən azərbaycanlı model Əli Əkbər ötən həftə tanış olduğu Qamze adlı qızdan ayrılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Qamzenin davranışlarının saxta olduğunu bəhanə edərək münasibəti davam etdirmək istəmədiyini etiraf edib. Bundan sorna o, verilişi ağlayaraq tərk edən keçmiş sevgilisi Naz Milanı efirə dəvət edib. O, qalmaqalları ilə dillərdən düşməyən həmyerilisinə qarşı hələ də hissləri olduğunu bildirib.
19 yaşlı Qamze Əlini verdiyi qərarı onunla paylaşmamaqda ittiham edib: “Bu qərarını mənə də əvvəlcədən deyə bilərdi. Qərarı ayrılmaq idisə, mənə də deyərdi. Bəlkə də Əlinin istədiyi kimi olmağa çalışıram. Bu normal haldır. Proqramda qalıb davam etmək istəmirəm”.
Qeyd edək ki, Əli ilə Naz bir neçə dəfə ayrılıb-barışıb. Naz Mila bir dəfə evli olub, ilk nikahından bir qızı var. Həmçinin Zuhal Topalın verilişində Baha adlı iştirakçı ilə bir neçə gün nişanlı qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button